“Instagram”dan növbəti ŞOK yenilik - İNTERNETSİZ İŞLƏYƏCƏK!

Müəllif: Nigar
Şərhlər: 3
Baxılıb: 1 710
Səs ver:
(səs: 0)
“F8” konfransında çıxış edən “Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq “Instagram”a offlayn versiyanın əlavə ediləcəyini açıqlayıb.

“Technote” xəbər verir ki, yeni xüsusiyyət ilə istifadəçilər internet bağlantısı olmadıqda belə tətbiqi istifadə edə biləcək və hazırkı məzmun, profil və bildirişləri görə biləcəklər.

Bəyənmə, izləmə və şərh yazmaq kimi əsas xüsusiyyətlər də offlayn versiyada istifadə ediləcək.

İnternet qoşulması yox ikən edilən bütün bu əməliyyatlar offlayn olaraq qeyd ediləcək və internetə qoşulduğu anda avtomatik olaraq yenilənəcək.

Hələlik, sadəcə, “Instagram”ın “Android” tətbiqindəki beta istifadəçiləri tərəfindən istifadə edilə bilən offlayn modu qarşıdakı aylarda hər kəs üçün istifadəyə təqdim ediləcək.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 710
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri