Qan xərçəngindən dünyasını dəyişmiş rejissor Şahin Zəkizadənin həyat yoldaşı Səbinə Zəkizadənin axırıncı paylaşımı böyük səs-küyə səbəb olub.
BiG.AZ xəbər verir ki, Səbinənin bacısı ilə olan bənzərliyi hamını çaş-baş salıb:
"Dünəndən hamı yazir ki: "Vay, artıq başınızı açdınız. Şahinə heyf!" Ay millət, ay bekar olanlar. Mən artıq nə deyim bilmirəm. Bir oxuyun görün, nə yazmışam. Mənim bacım ola bilməz? Mən başımı dəb üçün bağlamamışam, Allahım üçün bağlamışam. Allah nə qədər ömür veribsə, o qədər də bağlı olacağam. Boş-boş sözlərdən yoruldum artıq. Bacımla əkiz deyilik".