Azərbaycanlı aparıcıların ŞOK keçmişləri - VİDEO

Müəllif: Nigar
Şərhlər: 2
Baxılıb: 1 822
Səs ver:
(səs: 0)
Hər birimizin evində televizor var. İstər işdə, istərsə də evdə asudə vaxtlarımızı televiziya verilişlərinə baxmaqla keçirir, diqqətimizi ekrana yönəldirik.

ANV məşhur televiziya əməkdaşlarının keçmişini araşdırmağa çalışıb.

Araşdırma nəticəsində məlum olub ki:

Qax rayonunda anadan olan və şou verilişlərindən yaxşı tanıdığımız Azər Axşam televiziyaya aktyorluqdan gəlib və bu gün də bu sahədə fəaliyyətini davam etdirir.

Astara rayonunda anadan olan və şou verilişlərindən yaxşı tanıdığımız Nanə Ağamalıyeva televiziya fəaliyyətinə qədər heç yerdə çalışmasa da, əvvəllər sosial verilişlərdə aparıcılıq edib.



Bir zamanların məşhur "Retro"sunu aparan Həmidə Ömərova ixtisasca aktyordur. Bakıda anadan olan xalq artisti son illər aparıcılıq etməsə də, vaxtaşırı olaraq verilişlərə qonaq qismində qatılır.

Rusiya Federasiyasının Yaroslavl vilayətində anadan olan və əvvəllər şou, hazırda isə sosial verilişlərdə efirə çıxan Elgiz Əkbər ixtisasca iqtisadçıdır. Mədəniyyət yazarı olaraq fəaliyyətə başlayan E.Əkbər 8 ildir aparıcılıq edir.

Bakıda anadan olan və sosial televiziya layihələrindən yaxşı tanıdığımız İlqar Mikayıloğlu ixtisasca inşaat mühəndisidir. Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda iştirak edən aparıcı paralel olaraq futbol matçlarını şərh edib.

Bakıda anadan olan və sosial verilişlərdən yaxşı tanıdığımız Rövşanə Bektaşi ixtisasca filoloqdur. Filologiya elmləri üzrə fəlsəfə doktorudur. 21 yaşından televiziya sahəsində çalışır.

Müxtəlif sosial layihələrlə efirə gələn Xoşqədəm Hidayətqızı Ağdərə rayonunda anadan olub. Paralel olaraq "Üç nöqtə" qəzetinin baş redaktorudur. İxtisasca hüquqşünas olsa da, indiyə qədər bu sahədə çalışmayıb.

Masallı rayonunda anadan olan və ictimai-siyasi verilişlər aparan Cəlalə Nəzəroğlu həm də yazıçıdır. Natiqlik sənəti üzrə mütəxəssis adını alan C.Nəzəroğlu ali məktəbi jurnalistika ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

Neftçala rayonunda anadan olan və ictimai-siyasi verilişlərdən yaxşı tanıdığımız Qənirə Ataşova ixtisasca fizikdir. Sonradan jurnalistikaya olan böyük marağı onu televiziyaya gətirib və 15 ilə yaxındır bu sahədə çalışır.

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, istedadlı aparıcı Mehriban Ələkbərzadə paralel olaraq rejissordur. Gəncədə anadan olan M.Ələkbərzadənin ilk iş yeri Lənkəran Dövlət Dram Teatrı olub. Sonradan Bakıya dönən M.Ələkbərzadə müxtəlif televiziya layihələrinin müəllifi və aparıcısı olub.

Bakıda anadan olan və şou verilişlərindən yaxşı tanıdığımız İlkin Həsənli fotoqrafdır. 2001-ci ilin noyabrında Fransanın Strasburq şəhərində keçirilən fotomüsabiqədə qalib olub. Əvvəlcə radioda çalışan İ.Həsənli sonradan yolunu televiziyadan salıb.

Quba rayonunda anadan olan və kriminal verilişlərin aparıcısı olan Pərviz Abubəkirov uzun müddət Rusiyanın Tolyatti şəhərində yaşayıb. Bakıya döndükdən sonra televiziya sahəsində fəaliyyətə başlayan aparıcı hazırda kriminal verilişlərdə aparıcılıq edir.

Quba rayonunda anadan olan və bir sıra sosial və şou verilişlərinin aparıcısı Səxavət Nur gənc yaşlarından radioda çalışıb. Radio dinləyicilərinin ulduzuna çevrilən S.Nur sonradan yolunu televiziyadan salıb və bir çox verilişlərə aparıcılıq edib.

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 822
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri