"Qızımın əvvəl ailəli olduğu həmin pozğun..." - 400 minlik toy edən məmur nələr danışdı nələr/VİDEO

Müəllif: Nigar
Şərhlər: 2
Baxılıb: 4 342
Səs ver:
(səs: 0)
Azərbaycanda qızına 400 min dollarlıq toy məclisi keçirən Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun işdən çıxarıldığı iddia edilir.

A24.az məsələni aydınlaşdırmaq üçün Qüdrət Şükürovun özü ilə əlaqə saxlayıb.

Bakı Lift İdarəsinin baş direktoru açıqlamasında bildirdi ki, mətbuatda bu haqda yazılanların hamısı əsassızdır:

“Xeyr, nə danışırsınız hazırda işimin başında, idarədəyəm. Mətbuatda işdən çıxarılmağımla bağlı yazılanların heç biri doğru deyil”.

“Bilirsiniz necədir, qızımın əvvəl ailəli olduğu həmin pozğun (ifadəmə görə üzr istəyirəm, leksikomum da belə sözlər yoxdu. Sadəcə adam əsəbdən məcbur olub deyir) ailə ağızlarına gələni danışırlar. İşdəyəm, dediyim ki, hazırda da obyektdəyəm”, – deyə Q.Şükürov əlavə edib.

Qeyd edək ki, Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun adı ötən gün mətbuatda dərc olunan “Azərbaycanlı məmur qızına 400 minlik toyu keçirdi” yazısında hallanıb. Belə ki, yayılan məlumatlara görə Azərbaycanda baş tutan dəbdəli toy məclisini Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürov qızına edib. Məmur qızı Aysellə Oqtayın toy məclisi üçün 400 min dollar xərcləndiyi bildirilir. Maldiv adalarında istirahət, bahalı maşınlar, özəl yaxtaların istifadə edildiyi video çəkiliş isə görənləri heyran edir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 342
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri