Aysel Teymurzadə ərinin konsertində - ARIQLASA DA ƏVVƏLKİ AYSELDƏN ƏSƏR YOXDU, HEYF - YENİ FOTO

Müəllif: Nigar
Şərhlər: 6
Baxılıb: 10 517
Səs ver:
(səs: 0)
Filarmoniyanın direktoru, pianoçu Murad Adıgözəlovla evil olan “Eurovision 2009”-da ölkəmizə üçüncülük qazandıran Aysel Teymurzadə yenidən görüntülənib.

BiG.AZ xəbər verir ki o, Azərbaycan Dövlət Filarmoniyasında baş tutan IX Beynəlxalq Mstislav Rostropoviç Festivalının açılışına qatılıb.
Gecədə A.Teymurzadənin həyat yoldaşı, filarmoniyanın direktoru, pianoçu Murad Adıgözəlov da çıxış edib.

Qeyd edək ki, Murad Adıgözəlov məşhur Adıgözəlovlar nəslinin nümayəndəsidir. O, 1973-cü il noyabrın 20-də Bakı şəhərində anadan olub. Maestro Aysellə nikaha daxil olana qədər isə ailəli olub.
Azərbaycana “Eurovision 2009” müsabiqəsində 3-cü yeri qazandıran müğənni Aysel Teymurzadə isə ailə qurduqdan sonra sənəti ilə vidalaşmışdı. Cütlüyün 3 övladı var.

Qeyd edək ki, IX Beynəlxalq Mstislav Rostropoviç Festivalı Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Aysel Teymurzadə ərinin konsertində - ARIQLASA DA ƏVVƏLKİ AYSELDƏN ƏSƏR YOXDU, HEYF - YENİ FOTO

(səs: 0)
Şərhlər: 6
Baxılıb: 10 517
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri