"İnşallah anan, qardaşın, atan ölər, sən də onların yasında oynayarsan..." - Pərvindən ŞOK SÖZLƏR

Müəllif: Nigar
Şərhlər: 4
Baxılıb: 2 593
Səs ver:
(səs: 0)
Aktrisa Pərvin Abıyeva sosial şəbəkədə ünvanına yazılan təhqirlərdən danışıb.

Aktrisanın sözlərinə görə, onu ən çox narahat edən rəylər anası, atası və qardaşı ilə bağlı yazılanlar olub. BiG.AZ yenicag.az-a istinadən Pərvinin müsahibəsindən kiçik bir hissəni təqdim edir:

– Bir müddət öncə sosial şəbəkədə çimərlik geyimlərində fotolarını paylaşdın. Bu, insanlar tərəfindən birmənalı qarşılanmadı. Həmin fotoların altından xoşagəlməz rəylər yazdılar. Sənin də reaksiyan çox sərt oldu…

– Çünki bilmirlər söhbət nədən gedir, amma əleyhimə danışıb, ağızlarına gələni yazırlar. Məni tanımadan mühakimə edirlər və o zaman da çox qəddar olurlar. Özümə kim nə deyir desin, amma ailəmə toxunmasınlar. Bəlkə də mən göz önündə olduğuma, ya məni qısqandıqlarına, ya da elə kimsə sırf dindarlığı üzündən o fotolara görə mənə təhqiramiz sözlər yazdılar. Amma hər şeyin həddi var: bir var tənqid, irad, bir də var təhqir.

– Ən sərt təhqir nə idi?

– Anam, atam və qardaşımla bağlı ağızlarına gələni yazdılar.

– Nə yazmışdılar ki?

– İnşallah anan, qardaşın, atan ölər və sən də onların yasında oynayarsan.

– Məhkəməyə nə əcəb vermədin?

– Verəcəkdim, sadəcə olaraq, məni təhqir edənin ailəsi, əmisi uşaqları, bütün nəsli müxtəlif yollarla mənə zəng edib yalvardılar, hamısı məndən üzr istədilər. Dedilər ki, bunu yazan uşaqdır, yaşı azdır, mən də keçdim.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 593
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri