Azərbaycanda ŞOK OLAY - Körpə uşağa siqaret çəkdirdilər və ... - VİDEO

Müəllif: Nigar
Şərhlər: 3
Baxılıb: 1 918
Səs ver:
(səs: 0)
İki yaşlı uşağa danışmaqdan qabaq siqaret çəkmək öyrədilib. Sözləri aydın tələffüz edə bilməyən körpə böyük insanlar kimi barmaqlarının arasına siqareti alıb, hətta tüstüsünü üfürür.

BiG.AZ məlumat verir ki, təəssüf və təəccüb yaradan bu görüntülər rayonlardan birində qeydə alınıb. Görüntülərə baxanda körpənin valideyninə və ya ona bu hərəkəti öyrədən şəxsə qarşı ikrah hisslərini cilovlamaq mümkün deyil. Belə hallarda uşağın həm təlim-tərbiyəsi, həm də sağlamlığı sual altında qalır.

Həkimlər deyirlər ki, uşağın nəinki siqaret çəkməsi, hətta siqaret çəkilən bir mühitdə olması da onun sağlamlığına ciddi təhlükə yaradır. İnsanlar belə şəxslərə qarşı ictimai qınağı vacib hesab edirlər. Hüquqşünas Xəyal Bəşirli qeyd edir ki, qeydə alınan bu fakta görə valideyn İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsinə əsasən məsuliyyət daşıyır. Çünki bu halda valideyn və ya valideyni əvəz edən şəxs uşağın təlim-tərbiyəsının yerinə yetirilməsi qaydalarını pozub və o, 60-100 manat arasında cərimə edilə bilər (Xezerxeber.az).

Videomaterialı təqdim edirik:

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 918
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri