"Səni tutub salacağıq içəri" — Hacıbala Abutalıbova şok sözlər (VİDEO)

Müəllif: Nigar
Şərhlər: 2
Baxılıb: 2 227
Səs ver:
(səs: 0)
Köçkünlər 90-cı illərin əvvəllərində yerləşdikləri yarımçıq binadan çıxarılmalarına etiraz ediblər. Bir neçə vətəndaş 5 köçkün ailəsini məhkəməyə verərək, evlərin onlara məxsus olduqlarını bildirib. Köçkünlər isə yeni mənzillə təmin olunmadan yerləşdikləri mənzillərdən çıxmaq istəmirlər.

Suraxanı rayon Məhkəməsi köçkünlərin əşyaları ilə birlikdə evdən çıxarılmasına qərar verib. Köçkünlərin səbrini daşıran isə icra məmurunun qərardan şikayətçi olan köçkün Mikayıl Əhmədovu 15 sutkalıq həbs etdirməsi olub.

Ölkə başçısı İlham Əliyev 2004-cü ildə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nı sərəncamı ilə təsdiq edib. Sərəncama görə, 1992-1998-ci illər ərzində köçkünlərin müvəqqəti məskunlaşdıqları ünvanlardan dövlət tərəfindən yeni ünvana köçürülmədən çıxarılması yolverilməzdir. Köçkünlər dövlət qurumlarının bu sərəncama məhəl qoymadıqlarını bildiriblər.

"Ölkə.Az" Meydan TV-yə istinadən xəbər verir ki, məcburi köçkünlər yolu bağlayandan sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Suraxanı rayonu 32-ci polis bölməsinin rəisi Həsən Abdullayev və Qaraçuxur bələdiyyəsinin sədri İxtiyar Nəcəfov hadisə yerinə gəlib.

Abutalıbov həbs edilən şəxsin qohumlarını xidməti maşınına dəvət edərək məsələni araşdırmaq üçün məhkəməyə aparıb. Sakinlərdən biri isə merə “Olmasa, səni tutacağıq. O, çıxmasa səni tutub salacağıq içəri”, -deyə cavab verib.


(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 227
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri