Azərbaycanda BİABIRÇILIQ: Rayona göndərilmiş müəlliməni 4 kişi qaçırıb zorladı

Müəllif: Nigar
Şərhlər: 5
Baxılıb: 2 539
Səs ver:
(səs: 0)
Keçən ilin aprel ayında Ağsu rayonunun Nuran kəndində orta məktəb müəlliməsinin oğurlanması və cinsi təcavüzə məruz qalması faktı ilə bağlı məhkəmə prosesi başlayıb.

Nuran kənd məktəbində Təhsil Nazirliyinin göndərişi əsasında kimya fənnini tədris edən 23 yaşlı Sara Vəliyevanı (ad və soyad şərtidir) zorla maşına mindirərək qaçıran Nüydü kənd sakinləri 1985-ci il təvəllüdlü İsrafilov Bəhruz Dursunəli oğlu, onun qardaşı 1980-ci il təvəllüdlü İsrafilov Müşfiq Dursunəli oğlu, dostu 1994-cü il təvəllüdlü Əsgərov Əmrah Əbülfət oğlu və sürücü İsgəndərov Eldəniz Bəbir oğlu barəsində başlanmış cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsinə daxil olub və iş icraata verilib. Onlardan 3-ü Cinayət Məcəlləsinin 144.2.3-cü "qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam oğurluğu”, müəllimə ilə evlənmək istəyən B.İsrafilov isə 144.2.3-cü maddə ilə yanaşı, məcəllənin 149.2.4-cü (xüsusi amansızlıqla zorlama), 149.2.5-ci (təkrar zorlama), 150.2.4-cü (xüsusi amansızlıqla seksual xarakterli digər zorakılıq hərəkətləri) və 150.2.5-ci (təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri) maddələri ilə təqsirli bilinir.

Qeyd edək ki, məlum hadisə keçən il aprelin 19-da səhər saatlarında baş verib. Müəllimə dərsə gələrkən kəndin ortasında qəfil maşın dayanıb və onu zorla maşına mindirərək aparıblar. Aprelin 23-də isə oğlanların qohumları qızı gətirərək ailəsinə təhvil veriblər. Məlum olub ki, müəllimə evlənmək məqsədi ilə qaçırılıb. Nüydü kənd sakini Bəhruz İsrafilov telefonla müəlliməyə niyyətini bildirib və rədd cavabı alıb. Bundan sonra elçi belə göndərmədən qruplaşma yaradaraq müəlliməni qaçırıb. Oğlanlar gənc müəlliməni əvvəlcə İsmayıllı, daha sonra isə Sabirabad rayonuna aparıblar. (lent.az)
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 539
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri