Evini fahişəxana edən şəxs vaxtın bitməsini damda gözləyir və ...

Müəllif: Nigar
Şərhlər: 2
Baxılıb: 2 080
Səs ver:
(səs: 1)
Türkiyənin Adana şəhərində polisin təşkil etdiyi fahişəlik əməliyyatında nəzarətə alınan 2 şəxsdən biri həbs olunub.
Milli.Az gazetevatan-a istinadən xəbər verir ki, Adana Təhlükəsizlik İdarəsinin əməkdaşlarına Yıldız A. (36) adlı qadınla Mehmet Şirin K. adlı şəxsin (38), Əli G. -nin (47) Sarıçam mahalındakı evini fahişəxana kimi istifadəyə verdikləri haqda məlumat daxil olub. Polis özünü müştəri kimi göstərərək Mehmet Şirin K. ilə əlaqə saxlayıb. Polis Mehmet Şirin K. ilə 120 lirə qarşılığında razılaşaraq göstərilən ünvana gəlib. Polis gəlməmişdən əvvəl ev sahibi dama çıxıb. Polis Mehmet Şirin K. -ya pulu verdikdən sonra sənədini göstərib, qadını və onun ortağını nəzarətə götürüb. Polis, səs-küy sonrası damdan enən ev sahibini də nəzarətə alıb.
Şübhəlilər təhlükəsizliyə aparılaraq dindiriliblər. Yıldız A. ifadəsi alındıqdan sonra zərərçəkmiş olduğu üçün sərbəst buraxılıb. Ev sahibi Əli G. evindən fahişəxana kimi istifadə edildiyindən xəbəri olmadığını söyləyib: "Mən evin damına çıxdım, sonra səs gəldi. Bu an aşağı endim və baxdım ki, bunlar evimdə. Mən evimdə fahişəlik edildiyindən xəbərsizəm, bunları da tanımıram".

(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 080
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri