Evli kişi ilə sevgili olanlar OXUSUN

Müəllif: Nigar
Şərhlər: 2
Baxılıb: 3 143
Səs ver:
(səs: 1)
Görkəmli fars şairi Ömrə Xəyyamın “Həyat yoldaşı olan kişini yoldan çıxarmaq olar, məşuqəsi olan kişini də yoldan çıxarmaq olar, ancaq sevdiyi qadını olan kişini yoldan çıxarmaq olmaz” – sözlərini eşidib-bilməyən çox az adam olar.

Bəli, bu yazımızda xanım oxucularımıza cəmiyyətdə qəbul olunmayan müsasibətdən – evli kişi ilə sevgili olmaqdan söhbət açacağıq. Bu yasaq eşqin, mənfi tərəflərindən danışmaqla gözü sevgidən kor olmuş xanımlara bilavasitə yardımçı olmağa çalışacağıq. Beləliklə, monitora yaxın əyləşin!


Azərbaycanda qadınlar hansı səbəblərə görə, bəzən evli kişi ilə münasibətə girir?

Birincisi, bu sevgi axtarışında olan qadının eşqə, gözəl duyğulara ehtiyacından qaynaqlana bilər. Yaxud da qadın maddi problemlərini o adam sayəsində həll edir. Burada fiziki yaxınlıq da rol oynayır. Yəni tərəflər arasında güclü seksual istək, uyğunluq ola bilər. Əksər hallarda olur ki, qadın ayrılmaq istəsə də, evli adam əlaqəni məcbur davam etdirməyə israr edir. Hətta qadın ondan ayrılmaq istədiyini qolunun gücünü işə salır...

Bəs yaxşı, gəlin görək, könüllü olaraq, evli bir kişi ilə birlikdə olan qadın hansı çətinliklərlə qarşılaşır?

- Evli kişi, üstünlüyü hər zaman arvadına verir. Arvadının ehtiyacı olduğunda sevgilisinin qoynundan çıxıb, düşünmədən, evdəkinin yanına qaçacaq.

- Evli kişi heç bir zaman boşanmayacaq. Sevdiyi adamın boşanacağını və onunla evlənəcəyini düşünən sevgilisi əksər hallarda xəyal qırıqlığına uğrayacaq.

-Əlaqələri gizlidirsə nə əl-ələ küçədə gəzəcəklər, nə də ki, kafe və ya restorana gedəkəcklər.

-Əgər evdə arvadı azacıq da olsa ərinin xəyanətindən şübhələnsə, kişi həyatındakı digər qadından tez imtina edəcək.

- Kişilər ictimai ətrafı və statusunu əsla təhlükəyə atmaz. Cəmiyyət onun arvadını boşayıb, başqa bir qadınla münasibətini isə güman ki alqışlamaz. Kişilər də bunun fərqindədirlər.

- Uşaqların istəyi hər vaxt ön plandadır. Adam boşanmaq istəsə belə uşaqlar gözyaşı töksə bundan imtina edəcək.

- Cəmiyyət “O biri qadını” daima “məşuqə” olaraq görməkdədir. Hətta çox vaxt fahişə damğası belə vururlar...

- “O biri qadın” evli bir kişilə birlikdə olduğu üçün öz ətrafı tərəfindən də rədd edilir.

Yuxarıda sadaladıqlarımızdan sonra siz hələ də evli kişi ilə münasibətlərinizi davam etdirmək niyyətinizdəsinizsə, o zaman səbrli və realist olmağı da gözə almalısınız.

O, sizi ciddi-cəhdlə hamıdan gizlədir

Yəni siz nə qədər gözəl münasibətlərdə olsanız da, o sizi dəlicəsinə sevsə də, xüsusi günlərdə - bayramlarda ailəsinin yanında olacaq. Yəni siz bayramları təkbaşına, ya da subay rəfiqələrinizlə qeyd etməli olacaqsınız. Sevdiyiniz kişi ilə birgə tətilə yollanmaq bir yana siz hətta küçədə sərbəst əl-ələ tutub, gəzə bilməyəcək, kafedə, restoranda otura bilməyəcəksiz.
Ola bilsin ki, ilk başlar münasibətin belə gizli keçməsi münasibətlərinizə çılğınlıq, həyacan verəcək. Amma inanın ki bu, ilk başda belə olacaq. Sonra siz bütün bunlardan yorulacaqsınız. Sevdiyiniz kişini hər daim yanınızda istəyəcəksiniz. Onunla rahat, azad münasibət arzusu sizə rahatlıq verməyəcək. Əgər o, arvadından boşanmaq istəmirsə, sizinlə gizlin görüşürsə, o zaman doğrudan da sizə keçmiş olsun... Çünki bu münasibətlərdən heç bir perspektiv gözləmək olmaz.


Sevgilinizin arvadı haqqında düşünməyin

Onun arvadı haqqında düşünməyin. Nə qədər qəddar səslənsə də, onun sevgiliniz üzərində daha çox haqqı var, çünki arvadıdır. Əksər hallarda insanlar düşünürlər ki, evli kişilərlə olan münasibətdə heç bir perspektiv yoxdur. Əksər hallarda bu fikir öz təsdiqini tapır da. Bəzən əksinə də olur ki, kişi heç də nikahını qoruyub-saxlamağa çalışmır.
Məsəl üçün, insanlar çox erkən evlənəndə, sonradan səhvə yol verdiklərini anlayırlar. Evliliklərini pozurlar. Bəzən də olur ki, qadın bu və ya digər səbəblərdən dolayı, kişini onunla evlənməyə məcbur edir. Əgər sizin sevgilinizlə də vəziyyət belədirsə, sevginiz uğrunda mübarizə aparın. Onu başqa qadına heç bir halda verməyin. Amma bir şeyi unutmayın, hətta belə məhəbbət üçbucağında belə, kişi heç bir halda qərar vermir. Onun yerinə qadınlardan biri qərar qəbul etməlidir.


Evli kişi iki qadından birini qurban verməlidir

Sevgilinizin arvadı ərinin kənardakı sevgi macərasından xəbər tutarsa, buna müxtəlif formada reaksiya verə bilər. Məsələn, münasiubətlərə ömürlük nöqtə qoya, onu evdən qovub, boşana bilər. Yaxud da ki, onun ömrünü qara edib, hər addımını güdər, gözündən kənara qoymaz. Belə vəziyyəti gözə alırsınızsa, şir ürəyi yemisiniz... Yox, buna əsəbləriniz tab gətirmirsə, o zaman ayrılmaq kimi alternativiniz var. Əgər getmək istəsəniz, bunun üçün şam yeməyi, nə bilim, romantik ab-hava, sevgi dolu sözlərə gərək yoxdur. Sözünüzü deyin və gedin. Qoy o, qərar versin, sevdiyi qadını üçün bir az da o fədakarlıq etsin.

Özünüzə başqa kişi tapın. Birdəfəlik anlayın ki, dünyada o qədər kişi var ki! Siz normal və gözəl münasibətlərə layiqsiniz. Hislərinizlə deyil, ağlınızla düşünün. Düzdür, kənardan məsləhət vermək rahatdır. Amma belə məqamlarda acı reallığı görmək daha doğru seçimdir. Hər halda evli kişi ilə münasibətin perspektiv faizi çox aşağıdır.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 143
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri