Oqtay Əsədov: "Ay Zahid, heç qorxağa oxşamırsan!"

Müəllif: Nigar
Şərhlər: 1
Baxılıb: 1 423
Səs ver:
(səs: 0)
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi müzakirə olunur.

Müzakirələrdə çıxış edən millət vəkili Zahid Oruc deputat mandatından məhrumolma maddəsinə etirazını bildirib:

“Əgər deputat mandatını itirəcəksə, bu o deməkdir ki, biz məhkəmənin səlahiyyətlərini mənimsəyirik. Nəzərə alaq ki, bizdə ikipalatalı parlament yoxdur. Biz məhkəmənin qərarı ilə səlahiyyətlərimizə başlayırıq, məhkəmənin qərarı ilə də səlahiyyətlərimizə xitam verilə bilər”.
Z.Oruc xarici ölkələrdən də nümunə gətirib:

“Gürcüstanda on gün bundan əvvəl kimsə qələmlə başqasının başını zədələmişdi, ancaq kimsə onu tərbiyəsizlikdə günahlandırmadı. Bir sıra ölkələrdə qanun yoxdur, amma inkişaf yüksək səviyyədədir. İndoneziyada bununla bağlı qanun var, amma dünyada inkişaf səviyyəsinə görə 88-ci yerdədir. Etika təkcə davranış demək deyil, xalqın içinə getməkdir, mikrafonu boş qoymamaqdır və sairə”

Deputat parlament üzvünün etikasına görə cəza modelini hansısa zavod işçisinin cəzalandırılması ilə eyniləşdirilməsini düzgün saymadığını söyləyib:
“Bu, parlamentdə qorxaqlığa, özünüsenzuraya səbəb olacaq”.
Spiker Oqtay Əsədov isə Zahid Orucun fikirlərinə belə cavab verib:
“Ay Zahid, heç qorxağa oxşamırsan! Hər zaman da danışırsan”.

mənbə: publika.az
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 423
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri