Fəxriyyə Xələfovanın anası ilə bağlı PAYLAŞIMI ürək dağladı - FOTO

Müəllif: Nigar
Şərhlər: 3
Baxılıb: 4 104
Səs ver:
(səs: 0)
Əməkdar artist, rəssam-modelyer Fəxriyyə Xələfova ötən gün vəfat edən anası, tanınmış alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, kimya elmləri doktoru, professor, əməkdar elm xadimi Rəfiqə Əliyeva ilə bağlı paylaşım edib.

BiG.AZ xəbər verir ki o, istifadəçisi olduğu sosial şəbəkədə R.Əliyeva ilə birgə fotosunu yerləşdirərək, “Sənsiz planet əridi, ayağımın altında Yer titrədi... Sən indi burada yoxsan, bəs haradasan əziz anam?” – qeydini yazıb.

Xatırladaq ki, Rəfiqə Əlirza qızı Əliyeva Azərbaycanın mərhum dövlət başçısı Heydər Əliyevin bacısı, ölkənin hazırki prezidenti İlham Əliyevin bibisidir.

Mərhum Rəfiqə xanım məşhur modelyer Fəxriyyə Xələfovanın anasıdır. R.Əliyeva Azərbaycan baş nazirinin keçmiş müavini, sabiq deputat, mərhum Rafiq Xələfovun həyat yoldaşı olub.

Akademik Rəfiqə Əliyeva 1932-ci ildə Naxçıvan şəhərində anadan olub. 1956-cı ildə Аzərbaycan Dövlət Universitetinin (hazırlıq BDU) kimya fakültəsini bitirib, 1970-ci ildə kimya sahəsi üzrə namizədlik, 1999-cu ildə isə doktorluq dissertasiyası müdafiə edib.

R.Əliyeva vəfat edənədək Bakı Dövlət Universitetində Analitik kimya kafedrasının professor idi, 2001-ci ildən təşkil edilmiş "Ekoloji kimya və ətraf mühitin mühafizəsi"elmi-tətqiqat laboratoriyasını rəhbərlik edirdi. O, Bakı Dövlət Universitetinin nəzdindəki Dissertasiya Müdafiə Şurasının sədr müavini, BDU-nun və Kimya fakültəsinin Elmi Şurasının üzvü idi.

Bir çox elmi məqalə, monoqrafiya, patent, dərs vəsaiti və kitabların müəllifi olan Rəfiqə Əliyeva 18 elmlər namizədi və 2 elmlər doktoruna rəhbərlik edib.

"Şöhrət" ordenli əməkdar elm xadim R.Əliyeva müxtəlif mükafatlara layiq görülüb.

85 yaşlı professor Rəfiqə Əliyeva 2014-cü ilin iyunun 30-da Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) həqiqi üzv seçilmişdi.

BiG.AZ redaksiyası adından Prezidentimizə baş sağlığımızı bildiririk.

Allah rəhmət eləsin!
Fəxriyyə Xələfovanın anası ilə bağlı PAYLAŞIMI ürək dağladı - FOTO
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 104
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri