SON DƏQİQƏ! Azərbaycanda bank rəhbəri həbs edildi - MİLYONLAR OĞURLANDI

Müəllif: Nigar
Şərhlər: 2
Baxılıb: 2 160
Səs ver:
(səs: 1)
Ləğv olunmuş DekaBank ASC-nin idarə heyətinin sabiq sədri Vəliyev Niyazi Şaiq oğlu həbs edilib.
N.Vəliyev barəsində ötən gün külli miqdarda vəsaiti mənimsəmə ittihamı ilə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə İdarəsində cinayət işi açılıb və onun barəsində Binəqədi Məhkəməsinin qərarı ilə 2 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluqdan faktı təqdiqləyiblər.

N.Vəliyevin vəkili Adəm Məmmədov DekaBank ASC-nin sabiq rəhbəri N.Vəliyevin prezidentin sabiq köməkçisi Tariyel Ağayevin qohumu olduğunu açıqlayıb. Belə ki, T.Ağayev N.Vəliyevin bibisinin əridir. İddiaya görə, Tariyel Ağayev külli miqdarda (söhbət milyonlardan gedir – red.) vəsaiti mənimsəməklə onu aldadan qohumundan hüquq mühafizə orqanlarına şikayət etmişdi.

DekaBank ASC-nin lisenziyası 2016-cı il iyulunda ləğv edilib. Bu bankın ləğv prosesi Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən aparılıb.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 160
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri