SOS! Türkiyə vətəndaşı Azərbaycan qızını ŞANTAJ edir - GÖRÜN NƏYLƏ QIZI QORXUDUR!

Müəllif: Nigar
Şərhlər: 4
Baxılıb: 1 847
Səs ver:
(səs: 0)
BiG.AZ “SOSium” adlı yeni rubrika ilə oxucuların dadına yetməyə çalışır.
Bu rubrikamızda məişət, seksual və bu kimi təcavüzə məruz qalan qadınlara və azyaşlılara kömək etməyə, mütəxəssislərin məsləhətlərini onlara çatdırmağa çalışacağıq.

Bir sözlə, “SOS” – deyib, imdad istəyən hər kəs BiG.AZ vasitəsilə problemini həll etmiş olacaq.

Öncə qeyd edək ki, bu kimi məsələlərlə bağlı [email protected] ünvanına yaza və ya (077) 712 56 66 nömrəsinə zəng vura bilərsiniz.

Növbəti müsahibimiz 38 yaşlı Bakı sakini Lamiyə Hüseynovadır (ad şərtidir-red.). Şikayətçi xanım bizim vasitəmizlə düşdüyü çətin vəziyyətdən çıxış yolu tapmağa çalışır:

“İnternetdə tanış oldum, 3 gün sonra Bakıya gəldi”


“Mən iki övlad anasıyam. Birinci evliliyim uğursuz alınıb deyə boşanmışam. Bir rəfiqəm Türkiyənin “Siberalem” adlı tanışlıq saytında Türkiyə vətəndaşı ilə tanış olmuşdu. Bir müddətdən sonra onlar evləndilər. Rəfiqəm mənə də məsləhət gördü ki, həmin sayt vasitəsilə kiminləsə tanış olum. Mən həmin saytda bir nəfərlə tanış oldum. O, İzmirliydi. Çox mədəni, səviyyəli adam idi. Tanışlığımızdan sonra münasibətimiz öz axarında gedirdi. Lakin sonralar bəzi nüanslar olurdu ki, düşünürdüm - bu mənim adamım deyil, bizdə heç cür alınmaz.

Bundan sonra ondan ayrıldım. Yəni birdəfəlik ayrılmaq qərarını vermişdim. Ardınca yenidən həmin sayta baş vurdum. İstanbulda yaşayan daha bir Türkiyə vətəndaşı ilə tanış oldum. Biz bu ilin martında tanış olduq. Tanışlığımızdan 3 gün sonra o, bilet aldı, bir həftədən sonra isə Bakıya gəldi. Onun bilet alıb Bakıya mənimlə görüşə gəlməyini görəndə düşündüm ki, ciddi, ağlı başında adamdır. Yəni bir özünüz fikirləşin, niyə Türkiyədən durub Bakıya gəlsin, axi? Nə isə, bu bilet aldı, dedi ki, ciddiyəm, gəlirəm. Mən də ona dedim ki, axı, hələ tezdir. Biz bir-birimizi tanımırıq. Dedi ki, yox, gəlirəm. Aramızda nələrsə yaşanmasa da, ciddi münasibət olmasa da, səninlə tanış olmağa gəlirəm”.


“Şəkillərini porno saytlarda yayacağam”

L.Hüseynova deyir ki, həmin şəxs sonradan ona qarşı başqa münasibət nümayiş etdirməyə başlayıb:

“O Bakıya gəldi, biz görüşdük. Burada iki gün qaldı, sonra çıxıb getdi. Gedəndən sonra biz onunla “Skype”da kamera ilə danışırdıq. Özəl şeylərdən danışırdıq. Bu, iki aya yaxın davam etdi. Bir müddətdən sonra o, daha mənə yazmadı. Günlərlə itdi... Sonra başladı ki, bəs xəstəxanadayam, filan... Müxtəlif bəhanələr gətirdi. Mən də gözlədiklərimin əksinin şahidi olub, onu “Skype”dan sildim. Hər şey də bundan sonra başladı. Onunla tanış olanda, heyran qalmışdım, çox mədəni, utancaq adam idi. Mən onu siləndən sonra necə dəyişdi. Həmin o mədəni, utancaq adamın yerinə eləsi gəldi ki... Təsəvvür edin, işli-güclü, səviyyəli şirkət rəhbəri mənə hədə-qorxu gəlməyə başladı. Dedi ki, səni el-aləmlə bir edəcəyəm, biabır olacaqsan. Məni hədələdi ki, “Skype”la danışdıqlarımızın hamısını qeydə almışam. Sən burada kişilərlə danışırsan. Düzü, qorxdum, düşündüm ki, Azərbaycanda yaşayırıq, insanların reaksiyası necə olacaq? Mənə dedi ki, iki günlük də olsa, bura – Türkiyəyə gəl, mən səninlə yaşamaq istəyirəm... Dedim ki, bu, heç vaxt olmayacaq! Onu hər iki telefonumda bloka atdım, müxtəlif nömrələrdən zəng edib, hədə-qorxu gəlir ki, sənin gününü qara edəcəyəm. Deyir ki, sən mənim həyatımı dağıtdın. Nə bilim, sənə aşiq oldum, məni istəmədin. Gic-gic danışır. Bu adam əməlli-başlı psixdir. Deyirəm ki, səni polisə verib, tutduracağam, gülür, deyir: get ver, mən polisdən də qorxmuram. Bu adamda qorxu deyilən bir şey yoxdur. Deyir ki, sənin şəkillərini porno saytlarda yayacağam. Qoy sənin necə əxlaqsız olduğunu bilsinlər”.

“Ailə quracağım adam bu olayları bilməməlidir”


Şikayətçimiz deyir ki, ilk dəfə tanış olduğu izmirli ilə artıq barışıb, onlar bir neçə aya nikaha daxil olmağa hazırlaşır:

“Uşaqlarımın məktəbi bitdikdən, tətilə çıxdıqdan sonra Türkiyəyə köçəcəyik. Amma qorxu içindəyəm. Bu adam məndən əl çəkmir ki çəkmir... Günümü qara edib. İstəmirəm ki, həyat quracağım adam bütün bu pis olayları bilsin. Bilmirəm, çıxılmaz vəziyyətdəyəm. Polisə də müraciət etsəm, hər kəs olayı biləcək. Başımı itirmişəm, mənə kömək edin. Ona demişəm ki, məndən əl çək, ərə gedirəm. Deyir ki, hara getsən, gəlib səni tapıb, hamının gözü önündə rüsvay edəcəyəm. İstəmirəm, adım bu kimi durumlarda hallansın. Bilirsiniz ki, Azərbaycanda yaşayırıq, insanların hansı reaksiya verəcəyini təxmin etmək çətin deyil. O adam burada evimin yerini bilir. Bəlkə də çoxları məni qınayacaq ki, niyə axı belə bir adama baş qoşmusan. İnandırım sizi o, çox mədəni, intellegent adam idi. Özünün şirkəti var. Səviyyəli olduğu geyimindən, davranışından da bilinirdi. Bakıda bahalı oteldə qalırdı. Normal, sağlam münasibət qurmaq istəyirdim. Mən gündə biri ilə gəzən, əxlqasız qadınlardan deyiləm. Namusum, qeyrətim də yerindədir.
O adamla “Siberalem” saytında tanış olduğum üçün onlara da şikayətimi yazdım. Onlar həmin adama xəbərdarlıq etdilər. Sonra saytdan cavab gəldi ki, həmin şəxsə xəbərdarlıq göndərmişik, narahat olmayın. Hazırda mobil nömrələrimi dəyişmişəm. Amma qorxum odur ki, birdən o, durub bura gələr. Gələr, məni evdə biabır edər. Ailə qurmağa hazırlaşdığım adam da hazırda buradadır. Yəqin ki, vəziyyətimi təsəvvür edirsiniz. Sizdən xahiş edirəm ki, mənə bir çıxış yolu göstərəsiniz, yardımçı olasınız”.

Məsələ ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova danışır. Hüquq müdafiəçisi deyir ki, şikayətçi xanım mütləq şəkildə polisə müraciət etməlidir:

“Bundan başqa o, həm də Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət etsin. Narahat olmasın, biz ona əlimizdən gələn yardımı göstərərcəyik. Polisə müraciət etdikdən sonra həmin xanım bizim sığınacağa gəlsin. Onun təhlükəsizliyini qoruyaq. Həmin şəxslə bağlı hüquqi ölçü götürüldükdən sonra həmin xanım hər zamankı həyatına qayıda bilər”.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 847
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri