"Bu günə kimi 2 minə yaxın adam..." - NərgizdənŞOK ETİRAF

Müəllif: Nigar
Şərhlər: 4
Baxılıb: 2 545
Səs ver:
(səs: 1)
"Son zamanlar sosial şəbəkədə yenidən aktiv olmuşam. Elə olur ki, bir günə üç şəkil paylaşıram. Amma bir söz də deyim ki, hər getdiyim məkandan şəkil çəkib, yayımlamağı da sevmirəm. Onda instaqramın planı dolar".

Bu sözləri ATV-nin sevilən aparıcısı Nərgiz Vahabqızı BiG.AZ-a açıqlamasında deyib.

Sənətçi sosial şəbəkədə təhqir və tənqid edən izləyicilərdən danışıb:

"Bu günə kimi 2 minə yaxın adamı qara siyahıya atmışam. Təhqir yazanlara isə özümə layiq bilmədiyimə görə cavab belə yazmamışam. Çünki, bu onların tərbiyəsidir. Mənim elə boş vaxtım da yoxdur ki, həmin adamı axtarım, tapım. Amma bunu edənlərə də pis baxmıram. Ona görə ki, bir-ikisi cəzasını alandan sonra öz yerlərini bildilər".

Aparıcı estetik əməliyyatlara da normal baxdığını bildirib:

"İndi şəkil çəkəndə daha rahatam. Çünki, burun əməliyyatım uğurlu alınıb. Əvvəl kompleksim var idi. Zamanla ehtiyacım olsa, digər əməliyyatları da etdirəcəm".

Şəxsi həyatından danışan Nərgiz, sevdiyi insanın olmadığını söyləyib:

"Həyatımda elə bir insan yoxdur. Əgər olsa istərdim ki, mənə qarşı diqqətli olsun. Adi bir yoldan dərilmiş gülə belə razıyam. Necə deyərlər, hədiyyənin böyüyü - kiçiyi olmur. Sadəcə onu bağışlayan adam yoxdur (red- gülür).
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 545
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri