Azərbaycanlı qadınlar TÜRKÜ yatızdırıb elə bir şey etdilər ki ... - VİDEO

Müəllif: Nigar
Şərhlər: 3
Baxılıb: 3 174
Səs ver:
(səs: 1)
Türkiyə vətəndaşı Yıldız Süreyyə Ziyan Nərimanov rayonu polis idarəsinin 18-ci polis bölməsinə evindən 500 Amerika Birləşmiş Ştatları dolları, 150 manat və 2 ədəd mobil telefonun oğurlanması barədə ərizə ilə müraciət edib.

BiG.AZ xəbər verir ki, həyata keçirilən əməliyyat-axtarışları nəticəsində cinayət hadisəsini törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Məftunə Mehdiyeva və Qazax rayon sakini Günay Əliyeva saxlanılıblar.

Saxlanılan şəxslər hadisə günü, zərərçəkənlə birlikdə onun mənzilində spirtli içki qəbul ediblər. Bu zaman Məftunə Mehdiyeva türk vətəndaşının içkisinə yuxu gətirici dərman atıb. Ev sahibi yatandan sonra isə onlar niyyətlərini həyata keçiriblər.

Məftunə Mehdiyeva – Saxlanılan şəxs: “Whatsapp” vasitəsilə türklə tanış oldum. 1-ci gün çağırdı, işim oldu gedə bilmədim. 3-cü gün salam yazdım, dedi ki, istəsən gələ bilərsən bu gün evdəyəm. Dedim ki, yanımda da bir dənə dostum var, mənə görə gəlib yanımda qalır, tək qoymayım, gəlsə olar? Dedi ki, problem yoxdur, götür gəl. Mən pivə içdim, pivə bitdi, türk soyuducudan bir pivə də gətirdi içdim”.

Günay Əliyeva – Saxlanılan şəxs: “Mən gördüm ki, Məftunə türkün pivəsinə dərman qatdı. Bir az keçəndən sonra türkün vəziyyəti təmiz dəyişdi. Ondan sonra Məftunə şkafda paltarları axtardı. Paltarı axtaranda pul yerə düşdü. Pulun sayını mənə demədi. Mənə 150 dollar pul verdi. Bir dənə “iPhone 7”, bir dənə də balaca telefon götürdük. Taksiylə oturub evə gəldik”.

Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanılıb. Zəruri istintaq hərəkətləri davam etdirilir. Bu şəxslərin digər cinayətlərdə iştirakı istisna edilmir. Onların əməllərindən zərərşəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə və ya Nərimanov rayon polis idarəsinə müraciət edə bilərlər.

(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 174
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri