İdmançılar ƏSLİNDƏ medalları niyə dişləyirlər? - QƏRİBƏ ŞOK SƏBƏB - FOTOLAR

Müəllif: Nigar
Şərhlər: 4
Baxılıb: 2 434
Səs ver:
(səs: 0)
Dünya ölkələrində keçirilən bütün yarışlarda qalib gələn idmançıların qələbəni ifadə edən ənənəvi davranış şəkli var - medalları dişləmək. Bu əslində heç ənənə sayılmaz, lakin illərdir təkrarlanan davranışlar artıq qayda halına düşüb. Elə bir qalib idmançı tapmaq olmaz ki, belə bir fotosu olmasın. Bəs görəsən onlar bunu niyə edir? Müxtəlif səbəblər göstərilir.
İlk dəfə 1992-ci ildə keçirilən olimpiya oyunlarında qalib idmançılar medalları dişləyərək şəkil çəkdirib. Əlbəttə ki, medalların təmiz qızıldan olmadığını bilirlər. Əvvəllər qızılın təmiz olub-olmadığını yoxlamaq üçün onu dişləyirdilər. Yüngül dişlədikdə qızılın tərkibində qatqı maddələr çox deyilsə, üzərində diş izləri qalırdı. Lakin indi qızıl medalların tərkibinin 93%-i gümüşdür. 1912-ci ildən başlayaraq qızıl medalların tərkibində ən yaxşı halda 1,2% təmiz qızıl tapmaq olar.
Bir fikir də var ki, onları bu cür şəkil çəkdirməyə fotoqraflar vadar edir. Məqsəd daha maraqlı kadrlar əldə etməkdir. İdmançılar arasında bəziləri təvazökarlıq göstərərək medalları dişləmək yerinə öpürlər.
Deyilənə görə, almaniyalı idmançı David Meller 2010-cu ildə qazandığı gümüş medalını dişləyərkən medalın bir hissəsini qoparıb və dişlərini sındırıb. Bəlkə də medalı dişləmək yerinə öpməyi seçən idmançılar tarixdə ikinci David Meller olmaq istəmədikləri üçün belə edirlər.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 434
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri