SON DƏQİQƏ! Azərbaycanlı məşhur faciəvi şəkildə öldü - FOTO

Müəllif: Nigar
Şərhlər: 2
Baxılıb: 4 964
Səs ver:
(səs: 0)
Dünən Qazax rayonunun Xanlıqlar kəndində yaşayan keçmiş futbolçu Qoşqar Sarıyevin vəfat etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

BiG.AZ lent.az-a istinadən xəbər verir ki, uzun illər “Göyəzən” futbol klubunda çıxış edən və komandanın kapitanı olan Qoşqar Sarıyev səhhəti ilə əlaqədar futbolu tərk edəndən sonra mağazada satıcılıq edirmiş. O, doğma kəndində qablaşdırılan bulaq sularının satışı ilə məşğul olan mağazada işləyirmiş.

Bildirilir ki, Qoşqar Sarıyevin ürəyindəki problemlər son illərdə daha da artıb və onun gündəlik həyatına təsir edib. Maraqlıdır ki, onun ata-anası da məhz bu xəstəlik nəticəsində vaxtsız vəfat edib.

Q.Sarıyev ailəli olub, 2 övladı var. Onun həyat yoldaşı tibb bacısı işləyir.

09:52

Qazaxda futbolçu ürək tutmasından dünyasını dəyişib.

Rayonun Xanlıqlar kənd sakini, ürək xəstəliyindən əziyyət çəkən, 1980-ci il təvəllüdlü Sarıyev Qoşqar Nadim oğlunun səhhəti mayın 30-da kəskin pisləşib. O, Qazax Müalicə Diaqnostika Mərkəzinə aparılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, Q.Sarıyev Qazağın “Göyəzən” futbol komandasının oyunçusu olub.
SON DƏQİQƏ! Azərbaycanlı məşhur faciəvi şəkildə öldü - FOTO


APA
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 964
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri