Toya az qalmış nişanlısı, indi isə özü qəzada öldü - Ayselin ÜRƏKDAĞLAYAN HƏYATI FOTOLARDA

Müəllif: Nigar
Şərhlər: 3
Baxılıb: 5 320
Səs ver:
(səs: 1)
Ötən gün Bakıda baş verən zəncirvari qəzada "Hyundai” avtomobilinin sürücüsü 32 yaşlı Aysel Quliyeva dünyasını dəyişib. Bakı məktəblərindən birində müəllimə işləyən Ayselin faciəli həyatının təfərrüatları məlum olub.

Belə ki, Quliyeva Aysel Ruslan qızı 1985-ci il, iyunun 11-də ermənilər tərəfindən işğal olunan Zəngilan rayonunda dünyaya gəlib. Rayonun işğalından sonra ailə məcburi köçkün kimi Bakıya gələrək Montin qəsəbəsində məskunlaşıb. Yaxınlarının sözlərinə görə, həyatındakı çətinliklərə baxmayaraq Aysel çox həyatsevər və nikbin qız idi.

Biologiya fakültəsini bitirən Aysel bir müddət məktəblərdə müəllim kimi çalışıb. Son illər isə 34 nömrəli məktəbdə dərs hissə müdiri işləyib. O, pedaqoji kollektivin və şagirdlərin sevimlisi olub.

Qısa həyatında Aysel faciə yaşayıb, toyuna az qalmış nişanlısı Moskva şəhərində avtomobil qəzasında dünyasını dəyişib. Sevdiyi insanın ölümü Aysel üçün çox böyük itki idi. Bundan sonra o özünü yaxınlarına və işinə həsr edib.

Ayselin yaxınlarının sözlərinə görə, iş yeri uzaq olduğuna görə avtomobil almışdı: "İşlədiyi məktəb Mehdiabad qəsəbəsində yerləşir. Ona Montin qəsəbəsindən Mehdiabada getmək çətin idi. Buna görə də maşın almalı oldu. Haradan bilərdik ki, belə olacaq?”, - deyə yaxınları bildirirlər.

Ayseli Günəşli qəbiristanlığında, nənəsi- tamınmış həkim Əfşan Quliyevanın yanında dəfn ediblər.

Xatırladaq ki, Aysel Sovet İttifaqı Qəhrəmanı Vəli Quliyevanın nəvəsidir. (vesti.az)
Toya az qalmış nişanlısı, indi isə özü qəzada öldü - Ayselin ÜRƏKDAĞLAYAN HƏYATI FOTOLARDA
Toya az qalmış nişanlısı, indi isə özü qəzada öldü - Ayselin ÜRƏKDAĞLAYAN HƏYATI FOTOLARDA
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 5 320
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri