Pərvindən qarşı tərəfə TUTARLI CAVAB: "1000 üz görən onun..."

Müəllif: Nigar
Şərhlər: 6
Baxılıb: 8 273
Səs ver:
(səs: 1)
Aktrisa Pərvin Abıyeva “Maşın” realiti şousundakı çıxışı ilə bağlı növbəti və sonuncu dəfə danışıb.

BiG.AZ xəbər verir ki, bir neçə gün öncə şoudan uzqlaşdırlan gənc sənətçi yarışmada iştirak edənləri "ikiüzlü" adlandırıb.

“Yarışmaya gedəndə çox həvəslə hazırlaşmışdım. Hər nə də olsa, oradakıların insanlığına inanırdım. Amma orada bir neçə insanı çıxmaq şərti ilə hamısında min sifət gördüm... Hər biri üzümə elə gülürdü... Elə mülayim idilər ki, düşündüm, illərin təcrübəli sənətkarlarının mənimlə nə işləri ola bilər?! Biz bu yarışmadan sonra dost qalacağıq. Amma çox heyf, əsl üzlər elə mən çıxandan sonra açıldı... Nadir Qafarzadə, Sərxan Kərəmoğlu, İslam Mehrəliyev, ən çox da Aqil M.Quliyev məni çox təəccübləndirdi...

Sərxan: “Pərvin, sən qorxma, onsuz da o səs toplamayacaq... (Səidə Sultanı nəzərdə tutur-red) Kimdir ona səs verən?! Mən efirdə ona tərəf danışacağam. İncimərsən? Onsuz da bilirəm gedəcək...” - kimi sözlər dedi.

Nadir Qafarzadə: “Mən səni həmişə çox istəmişəm, mənim qızım yaşındasan, çox gözəlsən, səmimisən, safsan, səni çox istəyirəm” – söylədi. Amma mən oyundan kənarlaşdırılanda Nadir sevincindən qışqırmağa başladı...” – deyə o, bildirib.

P.Abıyeva şou zamanı Səidə Sultanla aralarında baş verən davadan da danışıb:

“Həmin dava zamanı tək səhvim ailəmi qorumaq idisə, ona görə əsəbləşdimsə, əcəb elədim, peşman da deyiləm. Mənim yerimə kim olsa eynisini edərdi. Hətta Səidənin hərəkətini mən etsəydim, o, hətta əlini maşından götürüb, üzərimə hücum çəkərdi”.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 8 273
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri