SON DƏQİQƏ! Bakıda sərnişin avtobusları toqquşdu: Yaralılar var

Müəllif: Nigar
Şərhlər: 3
Baxılıb: 2 670
Səs ver:
(səs: 1)
Bakıda avtobus qəzası baş verib.

APA-nın məlumatına görə, Zabrat yolunda 198 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu 163 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu ilə toqquşub. Nəticədə avtobusda olan iki nəfər xəsarət alıb. Onlar 3 saylı şəhər klinik xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, həmin şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, hadisə ilə bağlı agentliyə məlumat daxil olan kimi dərhal araşdırmalara başlanıb: “Hər iki avtobusun qəza vaxtı sürət həddini müəyyənləşdirməkdən ötrü GPS məlumatlarına baxılacaq. Hadisə hansı marşrut xəttinin günahı üzündən baş veribsə, onunla bağlı tədbir görüləcək”.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 670
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri