10 yaşlı qızcığazı öldürüb sandıqda gizlədən qonşu qorxunc gerçəyi etiraf etdi - FOTO

Müəllif: Nigar
Şərhlər: 3
Baxılıb: 1 344
Səs ver:
(səs: 0)
Türkiyənin İzmir şəhərinin Ödemiş qəsəbəsində parkdan üç gün öncə yoxa çıxan 10 yaşlı Ceylin Atikin qonşularının evində ölü tapıldığı haqda məlumat vermişdik.

Sfera.az milli.az-a istinadən xəbər verir ki, qonşusunun evində sandığın içində cəsədi tapılan 10 yaşlı Ceylin Atikin ölümü ilə əlaqədar nəzarətə götürülən 3 qonşu həbs olunub. Ş.T. adlı qadın ilə əri S.T. və qadının bibisi olan R.Ö. dünən gecə saatlarında prokurorluğa aparılıblar. Prokurorluqda ifadələri alındıqdan sonra məhkəməyə çıxarılan 3 şübhəli barədə həbs qətimkan tədbiri seçilib.

Şübhəli qadın Ş.T. ifadəsində Ceylini öldürdüyünü etiraf edib. O, azyaşlı qızı babasından pul tələb etmək üçün oğurladığını da sözlərinə əlavə edib.

Xatırladaq ki, Ş.T.-nin ilk ifadəsində: "Ceylin binadan yıxılıb öldü, mən də qorxdum, sandıqda gizlətdim", - demişdi.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 344
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri