Qadından QANDONDURAN ƏMƏLLƏR: bakirə qızların başına gətirilən ağlagəlməz DƏHŞƏTLƏR – FOTO

Müəllif: Nigar
Şərhlər: 6
Baxılıb: 2 649
Səs ver:
(səs: 0)
Transilvaniya – o vaxtkı Macarıstan krallığı, indiki Rumıniyanın ərazisi, öz əsrarəngiz tarixi, dəhşətli əsatirləri və əfsanələri ilə tanınır. Hesab olunur ki, məhz burada, öz məşum mülkündə vampir qraf Drakula da yaşayıb. Tarixdə 300-dən çox mötəbər, yazılı mənbəyə görə, bu ərazi, dünyaya gəlmiş-getmiş ən qəddar insanların məskəni olub.

Tarixin bu günü, 7 avqust 1560-cı ildə Transilvaniyada, ilahi gözəllik bəxş edilmiş, amma ağlasığmaz qəddarlığı ilə seçilən, təxminən 600 nəfər günahsız gənc qızı qətlə yetirən, demək olar ki, tamamilə ruhsuz bir qadın dünyaya gəlib – Yelizabet Batori.

Publika.az ən çox qətl törədən qadın kimi Ginnesin rekordlar kitabına düşən Yelizabet Batori haqda yazını təqdim edir:


“Sən bu dünyada nə nəfəs alıb-verməyə, nə də Tanrının üzünü görməyə layiq deyilsən”. (Yelizabet Batori haqqında hökm çıxaran məhkəmənin qəbul etdiyi qərardan).

Bu qadın tarixə qanlı qrafinya adı altında düşə bilib. Pozğun qadının çoxlu məşuqları olub, ən tanınmışı isə rəssam Karavadjo hesab edilir. Yazılara görə, o, rəssam üçün yalnız bədənini satan qadın kimi yox, həm də əsl sevgi ilahəsi idi. Müasirlərinin xatirələrində qeyd olunanlara görə, Batori ilahi gözəlliyə malik idi, ölümünə qədər də gözəl qalır. Çünki, qrafinya qətlə yetirdiyi bakirə qızların qanında çimirdi. Onun qurbanlarının sayı təxminən 600 qadın olur, onların arasında adi qulluqçu və kəndlilərdən savayı, həm də nəcib nəslin nümayəndələri də var idi.1611-ci ildə 50 yaşlı sadist qadını məhkəməyə çəkirlər. Onun ölümündən sonra 5 uşağı da harasa yoxa çıxır, bütün qızıl və torpaqları kralın əlinə keçir. Batori pozğun, 600 bakirənin qətlində günahkar, qaniçən qatil kimi tarixdə mənfi də olsa iz buraxa bilir. Macarıstanın özündə isə qadını vampir adlandırırlar. Hesab edirlər ki, o, öz əməllərinə görə qraf Drakuladan heç də geri qalmırdı.


Olduqca zəngin və tanınmış Batori ailələrindən birinə mənsub olan Yelizabet 7 avqust 1560-cı ildə, dünyanın uzaq guşələrindən biri olan Transilvaniyada anadan olub. Onun mənsub olduğu soydan kardinal, müharibə qəhrəmanları çıxıb, hətta əmisi Polşa kralı idi.

Yelizabet çox zəkalı idi və o, hələ uşaq ikən macarca, latınca və almanca yazıb-oxumağı öyrənmişdi. Buna baxmayaraq, bütün ailəsi kimi Yelizabet də mənəvi dəyərlərilə yumşaq desək, seçilmirdi.

O vaxt təhsil medalının digər üzündə yaxın qohumların evlənməsi nəticəsində anadan olan anormal insanlar vardı. Belə ki, Yelizabet Batorinin əmilərindən biri satanist ayinlərin düşgünü, xalası Klara xidmətçilərinə işgəncələr verməkdən həzz alan manyak, qardaşı Stefan isə əyyaş idi. Yelizabetin özündə belə, hələ uşaq ikən anormallıq hiss edilirdi. Onun dünyaya gəldiyi illərdə Osmanlı imperiyasında bir durğunluq, tənəzzül vardı. Gələcək qatil 6 yaşında ikən balaca qız övladını türklərə satmaqda günahlandırılan bir qaraçının tükürpərdən edamının şahidi olmuşdu. Bu edam səhnəsi Yelizabetin daxilində güclü bir iz buraxmışdı.


Yuxarıda qeyd etdiyimiz kimi, dövlətdəki nifaq, çəkişmələr, qətllər və amansız qırğınlar onun böyüməsinə mənfi təsir göstərmişdi: gözünün qabağında insanları tonqallarda yandırır, qaynayan qatranda diri-diri bişirir, şişlərə keçirirdilər. Bütün bunlar uşağın ətraf aləmi idi. Bəlkə də buna görə uşaq yaşlarından onda qəzəb tutmaları müşahidə olunmağa başladı: o, ayaqları ilə qulluqçunu əzə, ölümcül şallaqlaya bilərdi.

12 yaşında ikən hamilə qalır. Onun dünyaya gətirdiyi qızı bir kəndliyə verirlər və bu barədə ömrünün sonuna kimi susmasını tapşırırlar. Körpənin sadə atasını işgəncə verərək öldürürlər. Və 1575-ci ildə 10 yaşından nişanlı olduğu barona ərə verirlər. Bu şəxs, o dövrdə Osmanlılara qarşı savaşlarda olduqca qəddarcasına mübarizə aparan və ələ keçirdiyi əsirləri işgəncələrlə öldürməklə ad çıxaran və “qorxulu beşli” ləqəbli Ferencz Nadasdu idi. Evliliklərinin ilk 10 ilində uşaqları olmadı. Amma sonra 5 uşaqları dünyaya gəldi. Ferencz daim döyüş meydanlarında olurdu.Qəsrdə tək qalan Yelizaveta xalası Klara kimi xidmətçilərə işgəncə verməyə və bundan həzz almağa başladı. Ən çox gənc qızlara əzab-əziyyət verirdi və bundan xüsusi zövq alırdı. Sonra cadugərlərdən Doroti (Dorothea) ilə tanış oldu və onun dedikləri ilə hərəkət etməyə başladı.


Həm ər, həm də arvad əlləri altındakılara dəhşətli işgəncələr verməkdə sanki bir-biri ilə yarışa girmişdilər. Osmanlı əsgərlərinə qəfil hücumları zamanı əsir götürdüyü adamlara Ferencz Nadasdu elə işgəncələr verirdi ki, ətrafındakılar belə, bu səhnələrə baxa bilməyərək, oranı dəhşət içində tərk edirdilər. Ona görə də döyüş dostları və yerli əhali öz aralarında Nadasdunu “qara şovalye” (cəngavər) adı ilə çağırırdılar. Yelizabet də ərindən geri qalmırdı. O, xəstə olduğunu deyən xidmətçilərinin barmaqları arasına benzinlə isladılmış kağız və ya parça qoyaraq od vururdu. Bu yanğıya tab gətirməyən xidmətçilər bir də onun yanında xəstəliklərindən söhbət açmırdılar.Bir dəfə əzab və işgəncələrə dözməyərək qəsrdən qaçan 12 yaşlı Polanı tutduraraq geri qaytaran Yelizabet, qızı yarıoturmuş vəziyyətdə hər tərəfdən oxlar bərkidilən silindrin içinə soxdurdu. Bundan sonra silindri fırlatdılar və nəticədə, oxlar qızın bədənini deşik-deşik etdi… Yelizabet sifariş verdiyi paltarını tikə bilməyən dərziyə də ağır işgəncələr verdirmiş və onun ağzını barmaqları ilə ayıraraq çənəsini sındırmışdı. Paltarını yaxşı ütüləyə bilməyən xidmətçilərdən birinin üzünü dəmir ütü ilə dağlamışdı. Ona görə də Yelizabet xalq arasında “Qanlı Kontes” adı ilə çağırılırdı. O, ətrafındakılara daha dəhşətli işgəncələr vermək və bundan zövq almaq üçün yeni üsullar axtarırdı. Bu işdə ona tanış olduğu, insan cildinə girmiş vəhşi heyvanı xatırladan Anna Darvulia adlı qadın yardım etməyə başladı.


Mənfur qadın bir dəfə üzündə qırışlar görür və bunu yox etmək üçün Anna Darvuliadan yardım istəyir. Anna Darvulia ona gənc qızların qanından istifadə etməyi tövsiyə edir. Əvvəlcə, o, bu sözlərə fikir vermir. Ancaq bir dəfə gənc qızlardan biri “Qanlı Kontes”in saç düzümünün xoşagələn olmadığını deyir və bundan əsəbiləşən Yelizabet ona güclü bir şillə vurur. Qızın burnundan fışqıran qan Yelizabetin üz-gözünə sıçrayır. Bu qan onun qana olan hərisliyini daha da coşdurur. Bundan sonra Yelizavetanın əmrilə nəzarətləri altında olan kəndlərdən gənc qızları yığaraq qəsrə gətirməyə başladılar. Onların heç birinin geriyə yolu yox idi. Qəsrə gətirilən qızlar yerə uzadılır və onların bədəni iti dəmirlərlə deşik-deşik edilirdi. Öldürülən qızları dəfn etməyi qoca bir kişiyə tapşırmışdı. Ancaq onun da hər gün öldürülən qadınları dəfn etmək üçün fiziki imkanı yox idi. Ona görə də, meyitlərin bir hissəsi qəsrin ətrafında dəfn edilməmiş qalırdı. Öldürülən qızları Yelizabet dini ayinlərlə dəfn edilməsinə xüsusi önəm verirdi. Bu işi o, keşiş Andreas Barthoniyə tapşırmışdı. Amma keşiş bir dəfə dəfn üçün yanına gətirilən qızlardan ikisinin bədənlərində işgəncə əlamətləri görərək, onları dini ayinlərlə dəfn etməkdən imtina etdi. Anna Gonczy adlı qadın isə Yelizabetin yanında xidmət edən və bu zaman öldürülən qızının cəsədinin ona verilməsini tələb etdi. Ancaq onun bu tələbi rədd edildi. Onda Anna Gonczy məsələnin nə yerdə olduğunu başa düşdü.

Эржебет Батори

“Qanlı Kontes” isə artıq cinayətlərini gizlədə bilmirdi. Din xadimlərindən olan müqəddəs Janos Ponikenusz Yelizavetanın qanlı əməllərindən xəbər tutmuşdu. O, qəsr ətrafındakı yeraltı keçidləri yoxladarkən orada tabutlarda işgəncələrlə öldürülən qız cəsədləri aşkar etmişdi. Ponikenusz dərhal krala məktub yazaraq, Yelizabetin əməlləri barədə ona məlumat vermək qərarına gəldi. Lakin onun məktubu kralın ətrafındakı Yelizabetin adamları tərəfindən ələ keçirildi və ünvanına çatmadı.

Эржебет Батори

Vaxtilə Yelizabetin əri Nadasdu kral Matthiasa 17 min 408 altun borc vermişdi. Kral isə bu borcu qaytarmaq fikrində deyildi. Yelizabet bu borcu kraldan almaq fikrinə düşür. Çünki həddindən artıq pul xərclədiyi üçün borca düşmüş və ailəsinə məxsus iki qəsri satmağa məcbur olmuşdu. Bu arada isə, “Qanlı Kontes”in cinayətləri barədə məlumatlar krala gedib çatır. Kral tədbir görülməsi barədə parlamentə göstəriş verir. Həmin dövrdə Batori ailəsindən olan Qabor kralı devirmək istəyirdi. Kral isə bundan xəbər tutmuşdu. O, borcunu qaytarmağı tələb edən Yelizabeti həbs etdirmək və bununla da Batorilərdən gələn təhlükəni aradan qaldırmaq, həm də borc problemini birdəfəlik həll etmək qərarına gəlir.


Kral Yelizabetin cinayətlərinin sübut edildiyini görüncə, onun aradan qaldırılması barədə göstəriş verir. Yelizabet bunu eşidən kimi kralı zəhərlətmək istəyir, ancaq bu istəyini həyata keçirə bilmir. Yelizabetin qəsrini hücumla alan kral əsgərləri çoxlu sayda gənc qız meyiti ilə rastlaşırlar və onun gündəliyini tapırlar. Gündəlikdə hər şey özü tərəfindən yazılmışdı: məlum oldu ki, Yelizabet 600-dən yuxarı gənc qızı işgəncələrlə öldürüb. 1611-ci ilin yanvar ayında Yelizabeti mühakimə etməyə başladılar. Onun günahı sübut edildi. Yelizabetin qohumları isə onun yalnız 30-40 nəfəri öldürdüyünü bildirirdilər. Lakin bu yalanın üstünü Susanna adlı bir şahid açdı. O, məhkəməyə Yelizabetin öz əlləri ilə yazdığı öldürdüyü qadınların siyahısını təqdim etdi. Məlum oldu ki, Yelizabetin siyahısında öldürülən 650 qadının adı var. Məhkəmənin hökmü ilə Yelizabetin ətrafındakı cadugər qadınların hamısını edam edirlər. “Qanlı Kontes”in özünü də edam cəzası gözləyirdi. Lakin qohumları Yelizabetin ömürlük həbsi barədə məhkəmənin hökm çıxarmasına nail oldular. Hakim son qərarı verərkən Yelizabetə: “Sən vəhşi bir heyvansan. Həyatının son aylarını yaşayırsan. Sən bu dünyada nə nəfəs alıb-verməyə, nə də Tanrının üzünü görməyə layiqsən. Bu dünyadan getməli və bir də geri dönməməlisən. Sən qaranlıqlarda qalacaqsan və günahların barədə düşünmək üçün vaxtın olacaq”, – demişdi.


Yelizabet yalnız yemək verilməsi üçün kiçik pəncərəsi olan, qaranlıq bir zindanda 3 il günahları ilə baş-başa qalır və 1614-cü ildə ömrünü başa çatdırır.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 649
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri