“Maqa” həbs olunmayıb, avqustun 17-si toyudu - Şok iddia

Müəllif: Nigar
Şərhlər: 3
Baxılıb: 979
Səs ver:
(səs: 1)
Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevlə ötüşən “Mazda” markalı avtomobilin sürücüsü Mirməhəmməd İsmayılov həbs edilməyib.

"Qafqazinfo" AzNews.az-a istinadən xəbər verir ki, bunu "facebook" sosial şəbəkəsinin istifadəçisi Diana Talışinskaya yazıb. Onun sözlərinə görə, 1 ay inzibati həbs edildiyi deyilən "Mazda"nın sürücüsü "Maqa" ləqəbli Mirməhəmməd İsmayılov toya hazırlaşır:

“Avqust ayının 12-si qız, 17-si isə oğlan toyudu. Onun yerinə cangüdəninə 30 sutka həbs veriblər. Oğlanın da adı Orxandır. Atası, qardaşı polis olanda belə olur. Belə şeyləri “Kurtlar vadisi” kimi seriallarda görmüşdük”.

Mirməhəmməd İsmayılov Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin sabiq rəis müavini, polis mayoru Əlövsət İsmayılovun oğludur.

Avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin idarə etdiyi “Mersedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. "Galendewagen"in sükanı arxasında olan N.Allahverdiyev barəsində 4 aylıq həbs qərarı çıxarılıb. Avtoxuliqanlıqda günahlandırılan 99 FS 777 dövlət nömrə nişanlı “Mazda” avtomobilinin sürücüsü Mirməhəmməd İsmayılovun isə Nərimanov Rayon Məhkəməsinə aparılaraq bir ay müddətinə inzibati həbs cəzasına məhkum edildiyi bildirilmişdi.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 979
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
❤Nilay❤Canan❤
Anladigg.....
9 avqust 2017 11:29
3
canan qizim sirin seker qizim.
BARBI
Eh 1 Ay hebs yatib cixacaqlar
8 avqust 2017 15:50
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Barbaris
kimdir bulari hebs eliyen?? men inanmirdim onsuz hebs edilmesine
8 avqust 2017 14:14
1
# ☀ Şəxsiyyətimlə, rəftarımı səhv salmayın! Şəxsiyyətim kim olduğumla,
Rəftarım kim olduğunuzla bağlıdır!! ✔

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri