18:00-dan sonra küçəyə çıxmayın – XƏBƏRDARLIQ

Müəllif: Nigar
Şərhlər: 6
Baxılıb: 2 663
Səs ver:
(səs: 2)
“Bakıda küçələrin dar olması, hündürmərtəbəli binaların tikilməsi və avtomobillərin sayının artması paytaxtda havanın sürətlə çirklənməsinin əsas səbəbləridir”.
Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan”a müsahibəsində ekoloq Vaqif Əliyev deyib.
Onun sözlərinə görə, hər il dünyada təxminən 3 milyona yaxın insan atmosferi bürüyən zəhərli qazlardan dünyasını dəyişir.
“Havanın çirklənməsi bakteriyalar, mikroblar, müxtəlif zərərli qazlar, toz və digər amillərlə bağlıdır”, – Vaqif Əliyev bildirib.
Terapevt Məlahət Abbasova isə bildirir ki, çirkli hava insanda astmaya, ürək çatışmazlığına, nəfəs yollarındakı xroniki xəstəliklərə səbəb olur. Bundan başqa, çirkli hava insanların aqressivləşməsinə də səbəb olur.
Məlahət Abbasovanın sözlərinə görə, havanın çirklənmə səviyyəsi ən çox 18:00-dan gecə yarısına qədər olan vaxtda daha yüksək olur.
“İnsanlara, xüsusilə də ürək xəstəliyindən əziyyət çəkənlərə, tənəffüs orqanlarında problemi olanlara bu saatlarda evdən çölə çıxmamaq məsləhət görülür. Kirli hava daha çox qadın, qoca və uşaqlara təsir edir”, – deyə terapevt bildirib.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 663
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri