Əli Həsənovun "Gelandewagen"lə adam öldürən nəvəsi məhkəmədə GÖRÜN NƏ ETDİ - ŞOK

Müəllif: Nigar
Şərhlər: 9
Baxılıb: 4 346
Səs ver:
(səs: 1)
Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev barəsində olan məhkəmə qərarından apellyasiya şikayəti verilməyib.

Bu barədə vəkil Sevdiyar Bayramov məlumat verib. O, müvəkkili ilə görüşmədiyini də deyib.

Qeyd edək ki, Xətai rayon Məhkəməsində N. Allahverdiyev barəsində həbs qətimkan tədbiri seçilib. Qərardan üç gün müddətində apellyasiya şikayəti verilə bilərdi. Həmin müddət bu gün başa çatır.

Xatırladaq ki, N. Allahverdiyev bu il avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində "Mercedes-Gelandewagen" markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törədib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyev barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 4 346
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri