Limon mürəbbəsi belə bişirilir - RESEPT

Müəllif: YalniZ-ArZu
Şərhlər: 8
Baxılıb: 6 630
Səs ver:
(səs: 0)
Limon mürəbbəsi ilə siz də səhər süfrələrinizi bəzəyə bilərsiniz. QADİNLA.COM turş dadı sevənlərin imtina etməyəcəyi limon mürəbbəsinin hazırlanma qaydasını təqdim edir.
Bu mürəbbəni hazırlamaq üçün limon, şəkər tozu və su lazımdır.

- 4 ədəd limon
- 2 stəkan şəkər tozu
- 1 stəkan su

Hazırlanması:

Limonları yuyun, ağ hissələri qalacaq şəkildə qabığını nazik bıçaqla soyun. Soyduqdan sonra xırda dilimlərə ayırın. Limonların üzərinə şəkər tozu əlavə edib saxlayın.
Limonların su salmasını gözlədiyiniz müddətdə limon qabıqlarının üzərinə qaynar su əlavə edin, 5 dəqiqə sonra suyu süzün. Bunu 3 dəfə təkrar edin.
Daha sonra sulanan limon-şəkər tozu qarışımının üstünə həmin suyu töküb qaynadın.
Qaynamağa başlayanda doğradığınız limon qabıqlarını da əlavə edin.
Ara-sıra qarışdıraraq, 40 dəqiqə vam odda bişirin. Soyuyandan sonra balona yığıb soyuducuda saxlayın.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 6 630
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri