Qaraciyərdən dadlı OLADİ

Müəllif: YalniZ-ArZu
Şərhlər: 8
Baxılıb: 2 114
Səs ver:
(səs: 1)
Tərkibi:
500 q qaraciyər (mal)
1 baş soğan
1/2 st. süd
1 yumurta
4 dolu x.q. un
1/2 ç.q. qabartma tozu (və ya söndürülmüş soda)
duz
istiot
qurudulmuş reyhan

arasına:
2-3 baş soğan
1-3 yerkökü
duz
istiot
sarımsaq (yaxud sarımsaq cücərtisi)
2 x.q. xama
bitki yağı

Qaraciyəri yuyub pərdə və damarlardan təmizləyin. Pərdə asan aralansın deyə üstünə qaynar su tökün. Qaraciyəri, soğanı iri doğrayın, ət maşını, yaxud blenderdən keçirin. Buna süd, yumurta, ədviyyat, qabartma tozu, az-az un əlavə edin. qarışdırın.

Bitki yağına 1 xörək qaşığı olmaqla bu qarışıqdan salaraq hər iki üzünü qızardın.

Bunu süfrəyə belə də verə bilərsiniz. Amma bir az orijinallıq da etmək olar.

Soğanı doğrayıb, yerkökünü sürtgəcdən keçirin. Bitki yağında tavanın qapağını örtməklə hazır olanacan qovurun. Arada duz, istiot vurun. Lap sonda xırda doğranmış sarımsaq və xama əlavə edin.

Siniyə lay-lay qovrulmuş tərəvəzləri və oladiləri düzün. 200 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 2 114
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri