SOBA İŞLƏTMƏDƏN, XƏMİR YOĞURMADAN BİŞƏN PİZZA

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 4 400
Səs ver:
(səs: 1)
Tənbəllər, tələbələr, heç vaxtı olmayan işgüzarlar üçün əla reseptdir.

Ərzaqlar:

Un – 9 x.q.
Yumurta – 2 ədəd
Mayonez – 4 x.q.
Xama – 4 x.q.
Kolbasa – 100 qr.
Pomidor – 1 ədəd
Holland pendiri – 150 qr.
Duz – zövqə görə

Hazırlanması:

Balaca bir qabda un, yumurta, xama, mayonez və duz qarışdırılır. Qatı xama kimi xəmir alınacaq.
Tavanı orta odun üzərinə qoyuruq, azca bitki yağı süzürük. Xəmiri tavaya tökürük, dərhal üzərinə sürtgəcdən keçirilmiş pendiri, dilimlənmiş kolbasa, pomidoru düzürük. Ən sonda yenə üstə pendir səpirik. 3 dəqiqə ağzı açıq halda bişiririk. Sonra odu zəiflədib, qapağını örtürük və pendir əriyənə kimi bişiririk. Pendir əriyən kimi pizzamız hazırdır. Nuş olsun!
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 4 400
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri