Köri sousunun evdə hazırlanma qaydası

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 867
Səs ver:
(səs: 0)
Xüsusilə toyuq yeməklərində, ya da ət növlərində istifadə edilən köri sousu, yeməklərin dadına ləzzət qatan bir sousdur. Sizdə çöldə sevərək yediyiniz köri sousunu evinizdə görmək istəyirsinizmi? İşdə sizlərə asan köri sosu tərifi.

İçərisinə müxtəlif tərəvəzlər və ədviyyatlar əlavə edərək özünüzə ləzzətli bir köri sosu edə bilərsiz.

Lazım olan vəsaitlər:

2 yemək qaşığı yerkökü, kərəviz, soğan, kəvər, sarımsaq (küp şəklində doğranmış)
1 ədəd dəfnə yarpağı
2 yemək qaşığı kərə yağı
2 ədəd mixək
Yarım çay qaşığı duz
Yarım çay qaşığı toz köri
Yarım dəstə cəfəri
100 qram süd qaymağı
1 çimdik kəklikotu
Dörddə bir çay qaşığı muskat qozu
1 yemək qaşığı hindqozu rəndəsi
1 yemək qaşığı limon suyu
300 qram dana əti suyu ilə aparılan un, kərə yağı və duzla edilən sous

Hazırlanması:

İlk növbədə geniş bir tavaya kərə yağı qoyun, daha sonra doğranmış tərəvəzləri qovurun. Sonra mixək, muskat, hindqozu rəndəsi, incə doğranmış cəfəri və duz əlavə edin. Bunları 1-2 dəqiqə istiləşəndən sonra dana əti bulyonu ilə hazırladığınız xüsusi sousu əlavə edin.

Bütün materialları zəif odda 20-30 dəq bişirin. Daha sonra sousu blenderdən keçirin. Təkrar ocağın üzərinə alın və limon suyu əlavə edin. Sonra süd kremini üzərinə əlavə edin. Köri sousunuz artıq hazırdır. Evdə istədiyiniz toyuq, ət yeməklərinizdə istifda edərək onları daha da ləzzətli edə bilərsiz.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 867
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri