Sirkəli və duzlu peçenye resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 8
Baxılıb: 4 725
Səs ver:
(səs: 0)
Tərkibi:
3 su stəkanı un
250 qram otaq temperaturunda kərə yağı
1 çay stəkanı maye yağ
2 ədəd yumurta
2 yemək qaşığı sirkə
1 şirin qaşığı duz
1,5 şirin qaşığı şəkər tozu
1 paket qabartma tozu
1 ədəd yumurta ağı
50 qram çörək otu

Hazırlanması:
Otaq temperaturunda 250 qram kərə yağını bir qabın içərisinə alın. Üzərinə 1 çay stəkanı maye yağ və 2 ədəd yumurta əlavə edib, əlinizlə qarışdırın. Bu qarışığın içərisinə 2 yemək qaşığı sirkə, 1 şirin qaşığı duz, 1,5 şirin qaşığı şəkər tozu və 1 paket qabartma tozu əlavə edib qarışdırmağa davam edin.
Ardından 3 su stəkanı qədər unu üzərinə əlavə edib, ələ yapışmayan xəmir əldə edənə qədər yoğurun.
Xəmirdən qoz böyüklüyündə parçalar qopardın və incə bir rulon olacaq şəkildə uzadın. Bıçaq yardımı ilə 4 barmaq enində kəsin. Üzərinə yumurta ağı və çörək otu səpərək soba xonçasına düzün. 180 dərəcəlik sobada üzəri qızarana qədər 10-12 dəqiqə qədər bişirin və sobadan götürüb soyumağa buraxdıqdan sonra nuşcanlıqla yeyə bilərsiz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 4 725
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri