İspan mətbəxinin məşhur GAZPACHO şorbası resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 126
Səs ver:
(səs: 0)
Qadinla.Com oxucuları üçün bu gün İspan mətbəxinə xas bir şorba reseptini təqdim edir! Fərqli ləzzətlər sınamağı sevənlər üçün dünya mətbəxləri arasında yer alan Gazpacho şorbasını sizdə evdə praktik bir şəkildə bişirə bilərsiz.

Tərkibi:
4 ədəd böyük boy pomidor
2 ədəd orta boy baş soğan
3 diş sarımsaq
2 ədəd xiyar
1 ədəd orta boy yaşıl dolmalıq bibər
1 ədəd orta boy qırmızı dolmalıq bibər
4 dilim çörək içi
5 su stəkanı su
4 yemək qaşığı zeytun yağı
2 yemək qaşığı üzüm sirkəsi
1 yemək qaşığı mayonez
1/2 çay qaşığı duz
1/2 çay qaşığı istiot

Hazırlanması:
Qabığını soyduğunuz pomidor, quru soğan və xiyarları iri küplər halında doğrayın.
Sarımsaqların qabıqlarını soyun. Ortadan ikiyə kəsib, tumlarını çıxardığınız dolmalıq yaşıl və qırmızı bibərləri iri bir şəkildə kəsin.
Doğramış olduğunuz bütün materialları mətbəx robotuna köçürün. İri parçalar halında xırda-xırda çörək içlərini əlavə etdikdən sonra bütün materialı püre halına gətirin.
Şorba materialını dərin bir şüşə kasaya köçürün. Suyu əlavə etdikdən sonra metal bir mikser köməyi ilə qarışdırın.
Zeytun yağı, üzüm sirkəsi, mayonez, duz və istiotu əlavə etdikdən sonra qarışdırmağa davam edin.
Tünd bir konsistensiya alan şorba, soyuducuda soyudandan sonra arzuya görə quru çörək ilə servis edə bilərsiz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 126
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri