Arqentinaya özəl EMPANADA börəyi resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 098
Səs ver:
(səs: 0)
Argentina mətbəxinin ən sevilən və Türk damağına ən uyğun təriflərindən biri olan Empanada börəyini Qadinla.com sizə təqdim edir.

Fərqli ləzzətlər sınamağı sevirsinizsə, sizlərə okeanın digər ucu Argentinadan ecazkar bir börək reseptini təqdim edirik.

Tərkibi:
300 q qiymə
1 baş soğan
2 diş sarımsaq
3 bibər
Duz və istiot

Xəmiri Üçün;
5 su stəkanı un
1 yumurta (ağ və sarı ayrılacaq)
1 paket maya
1/2 su stəkanı süd
100 qr marqarin
1/2 çay stəkanı maye yağ
1 şirin qaşığı duz

Hazırlanması:
Soğanı, bibərləri və sarımsağı incə incə doğrayaq və az yağın içində tavada qovuraq.

Başqa bir qabın içində un və maya çalaq. Daha sonra digər xəmir vəsaitlərini əlavə edərək bir xəmir halına gətirək.

Xəmiri təxminən yarım saat mayalanması üçün istirahət etdirdikdən sonra yuvarlaq parçalar qopararaq açaq.

Açılan hissələrin içinə qiymə qoyaq və istədiyiniz şəklə görə bağlayaq.

Hazırladığımız börəkləri soba sinisinə düzək və 200 dərəcədə 20 dəqiqə bişirək.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 098
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri