Sobada pendirli göbələk

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 7 382
Səs ver:
(səs: 1)

Sobada pendirli göbələk

Pendirli göbələyin 6-8 nəfərlik Bişmə müddəti 10-12 dəqiqə

İçindəkilər:

  • 15-20 ədəd böyük ölçülü göbələk (mağazalarda satılan şampinyon)
  • 3 xörək qaşığı sızma zeytun yağı
  • 4 xörək qaşığı sürtkəcdən keçirilmiş təzə kaşar pendiri
  • 1 çay qaşığı qırmızı pul bibər
  • 1 çay qaşığı duz qara bibər
  • 1 dəstə şüyüd

Hazırlanması:

 Göbələklərin üzərindəki torpaq qırıntılarını təmiz və nəmli bir əski yardımıyla silərək təmizləyin. Saplarını çıxarın, kəskin bıçaqla göbələklərdə çuxur açın. Soba qabını bir-iki xörək qaşığı duru yağla yağlayın. Göbələkləri soba qabının içinə çuxur tərəfləri yuxarı gələcək şəkildə sırayla yerləşdirin.

Digər tərəfdən zeytun yağını və rəndələnmiş kaşar pendirini bir qabda qarışdırın. Üzərinə qırmızı pul bibəri, qara bibəri, duzu səpin. Son olaraq incə doğranılmış şüyüdü əlavə edib qarışdırın.

Hazırladığınız qarışığı göbələklərin içinə doldurun. 5 dəqiqə öncədən 175 dərəcəlik sobada 10-12 dəqiqə bişirib çıxardın. İsti-isti servis edin.

 

Redakte etdi: PRETTY GIRL

(səs: 1)
Şərhlər: 4
Baxılıb: 7 382
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri