Vegeteryanlar üçün ləziz badimcan pane resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1 870
Səs ver:
(səs: 0)
Tərkibi:
2 böyük badımcan
1 stəkan çörək qırıntısı
2 yemək qaşığı duz
1 xörək qaşığı istiot
yarım xörək qaşığı cəfəri tozu
2 xörək qaşığı balzamik sirkə
2 yemək qaşığı zeytun yağı
1,5 stəkan su,

Hazırlanması:
Əvvəla, badımcanı bir barmaq qalınlıqda kəsiklər halında kəsin. Daha sonra, böyük bir qaba suyu tökün və bir xörək qaşığı duz əlavə edin. Badımcan kəsiklərini suya qoyun və bir az yumşaldın. Bu eyni zamanda badımcanların çox yağ çəkməməsini təmin edir; Daha sonra, ayrı bir qabda balzamik sirkə, duzun qalan hissəsi, istiot və cəfəri ilə qarışıq edin. Badımcan dilimi bir az yumşaldıqdan sonra, onları hazırladığınız qarışığa yerləşdirin və 15 dəqiqə ərzində marinad edin. Daha sonra, çörək qırıntılarını ayrı bir boşqabın üzərinə yayın və badımcanları yaxşıca hər tərəfinə yedirdin. Son olaraq, badımcanları bir az zeytun yağı ilə qızardın. Badımcan dilimləri, hazırlıq mərhələsində əvvəlcə suda saxlanıldıqları üçün, yağ çəkmələri barədə narahat olmayın.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 870
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri