Məşhur Bağdad xurması resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 2 642
Səs ver:
(səs: 0)
Tərkibi:
50 qram üyüdülmüş irmik (manna)
100 qram maye yağ
50 qram marqarin
200 qram un
2 ədəd yumurta
Yarım paket maya
1 şirin qaşığı şəkər kirşanı
1 şirin qaşığı duz
Lazımi miqdarda su

Qızartmaq üçün;
Lazımi miqdarda maye yağ

Şərbəti üçün;
Yarım litr su
Bir kilo şəkər
Yarım limon

Hazırlanması:
Başlamadan öncə şərbəti ocağa qoyub ilıq hala gəlməsini təmin edin.

Sonra bir qabın içərisində su, duz və şəkəri qarışdırın. Üzərinə maya əlavə edərək mayanı açın. Unu da yavaş-yavaş əlavə edərək, 10 dəqiqə qədər gözlədin.

Bu zaman kiçik bir tavaya marqarini və maye yağı qoyun. Yağ yaxşıca qızındıqdan sonra qarışdıraraq ocaqdan götürün.

Qazanının içinə irmik və üyüdülmüş unu əlavə edib, daim qarışdıraraq yağı irmik və unu yedirdin. Daha sonra üzərinə mayalanmış olan qarışığı əlavə edin.

Yaxşıca qarışdırandan sonra içərisinə yumurtanın sarısını əlavə edib bir miqdar duz qoyub qarışdırma prosesinə davam edin. Qarışıq hazır olandan sonra 20 dəqiqə gözlədin.

Daha sonra xəmiri kiçik parçalar halında yuvarlayaraq uzun şəkil verib parçalara ayırın.

Bir məcməinin içərisinə növbə ilə yanaşı düzdüyümüz kiçik xəmir hamısını formalaşdırdıqdan sonra üzərini streçlə bağladıqdan sonra yarım saat dincəlməsini təmin edin.

Sonra qaynayan yağın içərisində xəmirləri qızardın. Yağdan aldığımız bağdad xurmasını əvvəlcədən hazırlanmış şərbətin içinə qoyun. Təxminən yarım saat qədər şərbətin içinə saxladıqdan sonra servis edin

İstəyə görə üzərinə əzilmiş fındıq, qoz və ya Hindistan qozu ilə bəzəyə bilərsiniz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 642
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri