Quru əncir dolması resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 10
Baxılıb: 2 332
Səs ver:
(səs: 0)
Tərkibi:
30 ədəd quru əncir
Yarım çay stəkanı zeytinyagı
1 ədəd soğan
2 xörək qaşığı dolmalıq fıstıq
200 qram qiymə
1 ədəd pomidor
1 ədəd yaşıl alma
1 xörək qasığı tereyagı
1 fincan su, ya da tərəvəz suyu
İstiot
Duz

Hazırlanması:
Əncirlərin hamısını səliqə ilə yuyaraq dərin bir qabın içərisinə alın. Daha sonra üzərini keçəcək qədər isti su tökərək 15 dəqiqə gözlədin.

Bu zaman geniş bir qazana zeytun yağını alın və xırda doğranmış soğanları qovurun. Sonra dolmalıq fıstıq və qiyməni əlavə edin. Suyunu çəkənə qədər qovurma prosesinə davam edin. Ədviyyatları da əlavə edərək ocaqdan götürün.

Yaxşıca suda gözləyən əncirin suyunu süzün içlerini açın və hazırladıgınız qiyməli içlik ilə doldurun. Pomidorları və almanı yarım ay şəklində dilimləyin.

Qazanının alt hissəsinə alma və pomidorları yerləşdirərək üzərinə doldurduğunuz əncirləri qoyun. Kərəyağı ilə suyunu əlavə edərək orta ateste 15 dəqiqə pisirin. İsti xidmət edin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 2 332
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri