Qaradənizin ləziz dadı - Kələm qovurması resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 5 408
Səs ver:
(səs: 0)
Tərkibi:
1 ədəd böyük boy soğan
1/2 ədəd kələm
1 yemək qaşığı pomidor tomatı
1 çay qaşığı duz (azaldıb artırmaq olar)
1 çay qaşığı qara bibər, (arzuya görə)
1/2 çay stəkanı zeytun yağı
1/2 su stəkanı su

Hazırlanması:
Kələmi yaxşı yuyun və incə incə doğrayın. Soğanı da küp küp doğrayın və geniş bir tavanın içərisinə alın. Üzərinə zeytun yağının yarısını əlavə edərək qovurmaya başlayın. Soğanlar qovrulanda üzərinə doğradığınız kələmləri az az əlavə edin. Yüngül qızardıldıqca yeni kələmləri əlavə edin. Son olaraq da tomatı əlavə edərək bir neçə dəfə daha qarışdırın. Qalan zeytun yağını da üzərində gəzdirərək daha bir neçə dəqiqə qovurun. Su əlavə edib, qapağını örtün və kələmin yüngül yumşalmasını təmin edin. Sularını çəkəndə hələ də yumşalmasa bir az da su əlavə edin. Kələmlər yumşalanda duz və istiot əlavə edərək daha bir neçə dəqiqə qovurun. Kələm qovurmanız hazır! İsti isti xidmət edə bilərsiz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 5 408
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri