Sobada balıq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 24 734
Səs ver:
(səs: 1)

Ərzaqlar:

Alabalıq – 1 ədəd
Limon – 5 dilim
Kərə yağı – 50 q
Göyərti (keşniş, tərxun) – ¼ hissə
Duru yağ
Duz, qırmızı istiot
Sous üçün:
Zeytun yağı – 2x.q.
Portağal şirəsi
Narşərab
Hazırlanması:
Balığın içinə duz, istiot, ovulmuş göyərti və limon dilimləri qoyulur, hər iki tərəfinə kərə yağı çəkilib yağlanmış listə yerləşdirilir. Balıq 180 dərəcəyədək qızdırılmış sobada, hər 5 dəqiqədən bir üzərinə duru yağ gəzdirilərək 25 dəqiqə bişirilir. Sousu hazırlamaq üçün: portağal şirəsi, zeytun yağı, narşərab qarışdırılır. Hazır olmuş balığın içliyi (limon dilimləri, göyərti) çıxarılır, balığın qabığı soyulur, üzərinə qırmızı istiot səpilir. Balıq süfrəyə sousla və tərxunla verilir.
Nuş olsun!

 

Redakte etdi: PRETTY GİRL

(səs: 1)
Şərhlər: 2
Baxılıb: 24 734
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri