Meksika mətbəxi - Nachos resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 3 751
Səs ver:
(səs: 0)
Tərkibi:
1 paket Nachos (ədviyyatlı qarğıdalı çipsi)
1 ədəd orta boy pomidor
1/2 çay stəkanı jalapeno turşusu (dilim-dilim kəsilmiş)
10 ədəd tumsuz yaşıl zeytun
1 su stəkanı rəndələnmiş cheddar/mozzarella pendiri qarışığı

Xidməti üçün:
2 yemək qaşığı turş krem (və ya süzmə qatıq)
2 yemək qaşığı guacamole sos

Bişirmə Təklifi
Pomidor və tumsuz yaşıl zeytun parçalarını pendir əriyənə qədər bişirdiyiniz nachos üzərinə sonradan da əlavə edə bilərsiz.

Hazırlanması:
Qabığını soyduğunuz pomidoru dilimləyin. Tumlu hissələrini aldıqdan sonra kiçik parçalar halında doğrayın.

Dilim-dilim kəsilmiş jalapeno istiotu turşunun suyunu süzün. Tumsuz yaşıl zeytunları iki bərabər hissəyə bölün.

Ədviyyatlı misir çipslərini yağlı kağız etdirdiyiniz soba sinisinə düzün.

Doğranmış yaşıl zeytun və pomidor parçalarını, jalapeno turşusu kəsiklərini çips üzərində yağın.

Son olaraq rəndələnmiş cheddar və mozzarella pendiri əlavə etdiyiniz çipsilərin, mikrodalğalı soba və ya əvvəlcədən isidilmiş sobada pendirlər ıriyənə qədər, qısa bir müddət qızdırın.

Turş krem, ya da çox az su ilə qarışdırılmış süzmə qatıq və guacamole sous altında saxlamadan servis edin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 751
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri