Napolitan souslu spagetti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1 839
Səs ver:
(səs: 0)
Tərkibi:
1 paket Spaqetti makaron
2 yemək qaşığı duz
5 su stəkanı su
1 yemək qaşığı zeytun yağı

Napolitan Sous üçün:
4 ədəd pomidor
5 yarpaq təzə reyhan
2 diş sarımsaq
1 budaq təzə kəklikotu
2 yemək qaşığı zeytun yağı
1 şirin qaşığı dəniz duzu
100 qram (iri çekilmiş) Parmesan pendiri
1 (rƏndələnmiş) şirin qaşığı İstiot

Hazırlanması:
Dərin bir qazana su qoyun və qaynamasını gözləyin.

Qaynayan suya duz və zeytun yağını əlavə etdikdən sonra, makaronları əlavə edin və arzuladığınız sərtliyə çatana qədər bişirin.

Napolitan sous üçün:

Zeytun yağını tavaya əlavə edin və qızdırın. Sarımsaqları kiçik kiçik doğrayın, zeytun yağında qovurun.

Pomidorların qabığını soyun və rəndələyin.

Pomidorları sarımsaqla birlikdə tavada çevirib. Duzu və istiotu də əlavə edib, qaynayana qədər bişirin.

Təzə reyhan yarpaqlarını incə incə doğrayın. Təzə kəklikləri də budağından ayırın və yarpaqlarını sousa qarışdırın.

Pörtən makaronlar üzərinə sosu və parmesan pendirini əlavə edin və servis edin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 839
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri