Kahramanmaraş mətbəxinin acem plovu resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 8
Baxılıb: 1 778
Səs ver:
(səs: 0)
Tərkibi:
1,5 su stəkanı pilavlık düyü
500 qram quşbaşı doğranmış et
2 ədəd böyük boy yerkökü
1 ədəd orta boy soğan
1 diş sarımsaq
1 yemək qaşığı kərə yağı
3 yemək qaşığı zeytun yağı
3 su stəkanı qaynar su

Üzəri üçün:
1 çay stəkanı çiy badam
1 yemək qaşığı şam fıstığı
Az miqdarda maye yağ

Hazırlanması:
Əvvəlcə 1 yarım su stəkanı düyü duzlu ilıq su üçün 40-45 dəqiqə gözlədin və sonra süzün.
Digər tərəfdə 500 q quşbaşı doğranmış əti isti teflon qazan içinə qoyun və ara ara qarışdıraraq, bir az qovurun.
Ətlərin üzərini keçəcək qədər su əlavə edin və yumşalıb suyunu çəkənə qədər bişirin.
Ətlər bişəndən sonra içinə bir az kərə yağı və duz əlavə edin, təxminən 1 dəqiqə qədər qovurun.
Daha sonra yerköküləri soyun, uzun və nazik olacaq şəkildə kəsin
Soğanı incə incə doğrayın. Geniş bir qazan içinə tərəvəzləri alın və zeytun yağı ilə qovurun.
İçərisinə 1 diş sarımsaq əlavə edin, qovurmaya davam edin.
Tərəvəzlərin üzərinə düyü qoyun, 2 dəqiqə daha qovurmaya davam edin.
Düyünün üstünə isti su əlavə edin və qazanının qapağını bağlayın, qaynamağa qoyun.
Çıxdıqdan sonra ocağın altını azaldın və zəif odda plov suyunu çəkənə qədər bişirin.
Plov bişəndən sonra üzərinə kağız dəsmal qoyun və qapağını bağlayın, 10 dəqiqə dəmə qoyun.
Servis boşqabını tərs çevirib, qabı yavaşca çıxarın.
Plovun üzərinə əti yayın və ətin üzərinə isə kərə yağında qovuduğunuz badamları və şam fıstıqları tökün.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 1 778
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri