Macarıstan mətbəxindən dadlı qulyaş resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 351
Səs ver:
(səs: 0)
Tərkibi:
1 kiloqram kiçik doğranmış dana əti
3 ədəd soğan
3 diş sarımsaq
1 yemək qaşığı maye yağ
200 qram kərə yağı
1 yemək qaşığı tomat
1 şirin qaşığı qırmızı toz bibər
1 çay qaşığı duz
1 çay qaşığı istiot
1 çay qaşığı kəklikotu
Yarım çay qaşığı mayoram
Yarım çay qaşığı zirə
1 ədəd dəfnə yarpağı
1 yemək qaşığı un
800 millilitr su

Hazırlanması:
Kərə yağını və maye yağı geniş bir qazanda qızdırın.

Soğan və sarımsaqları yeməli doğrayın və yağda qovurun.

Ədviyyatları da əlavə edin və qarışdırın.

Ətləri də əlavə edib, ətlər suyunu çəkənə qədər qovurun.

Tomatı əlavə edib ətri gələnə qədər qarışdırın və suyu əlavə edin.

Unu və yeməyin şirəsindən ayrı bir qabda əzin və yavaş-yavaş qazana əlavə edin.

Bir buğum qaynadıqdan sonra ocağın altını azaldıb ətlər yumşalana qədər bişirin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 351
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri