İspan şirniyyatı - Natillas De Leche resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1 755
Səs ver:
(səs: 0)
Servis:
4 nəfərlik

Hazırlama, bişirmə müddəti:
30 dəqiqə

Tərkibi:
Yarım lt tam yağlı süd
1 limon qabığı
1 çubuq darçın
Bir çimdik duz
125 q şəkər tozu
4 yumurta sarısı
25 q buğda nişastası
25 ml. su
1 çay qaşığı vanil çubuğu və ya 1 paket vanil

Hazırlanması:
1 Limon qabığını tərəvəz soyan ilə soyun. Südü qazana alın, limon qabıqları, darçın və duzu əlavə edib qaynama nöqtəsinə gələnə qədər qızdırıb ocağı bağlayın.

İspan şirniyyatı - Natillas De Leche resepti

2 Yumurta sarıları və toz şəkəri krem kimi bir konsistensiya alana qədər təqribən 5 dəqiqə mikser ilə çırpın.

3 Çubuq darçın və limon dilimlərini südün içindən çıxarıb atın.

4 Süd qazanını ocağa alıb zəif odu nizamlayın. Buğda nişastası və suyu qarışdırıb südlü qarışığa yavaş-yavaş əlavə edərək yumaq əmələ gəlmə olmaması üçün bir tərəfdən sürətli qarışdırın.

5 Sobanı orta oda nizamlayın. Yumurta & şəkər qarışığını da yavaş-yavaş südlü qarışığa əlavə edin və bir tərəfdən əl mikseri ilə davamlı qarışdıraraq, krem qatılaşana qədər təxminən 5 dəqiqə bişirin. Kasalara pay edərək ilıq olanda soyuducuda 2-3 saat gözlədin.

6 Servis edəcəyiniz zaman üzərinə darçın, limon qabığı rəndəsi, biskvit və meyvələrlə arzu etdiyiniz kimi, bəzəyin.

Qısa bir not:

Bu tərifdə yalnız yumurta sarıları istifadə edilməsi lazımdır. Yumurta ağlarını beze edərək qiymətləndirə bilərsiz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 755
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri