Balkan xalqlarının qışa hazırlıq sousu - Lutenitsa resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 744
Səs ver:
(səs: 0)
Tərkibi:
5 ədəd böyük boy pomidor
4 ədəd uzunsov qırmızı bibər (şirin)
2 ədəd orta boy badımcan
3 diş sarımsaq
Yarım çay stəkanı zeytun yağı
2 çay qaşığı şəkər
1 çay qaşığı duz
Yarım çay qaşığı istiot
Kiçik banka

Hazırlanması:
Bibərləri və badımcanları yaxşıca közləyin. Qabıqlarından asanlıqla ayrılmaları üçün bir qabın içinə alın və qapağını möhkəm bağlayaraq gözlədin. Yaxşıca tərləyən istiot və badımcanların qabığını soyun. Tumlu hissələrini çıxarıb blenderdən keçirin. Yuyulmuş pomidorların qabığını soymadan dörd hissəyə bölün və blenderdə püre halına gələnə kimi keçirin. Blender yoxsa pomidorları rəndələyin. Sarımsaqların qabıqlarını soyun və yaxşıca əzilənə qədər döyün, ya da bıçaq köməyiylə çox kiçik doğrayın.

Böyük qazanın içinə az miqdarda zeytun yağı və sarımsaqları alın. Sarımsaqların xəfifcə sarardın. İçərisinə pomidorları əlavə edin. Bir az bişəndən sonra içərisinə badımcan və bibərləri əlavə edin. Ağır atəşdə yavaş-yavaş bişməyə qoyun. Bu zaman zeytun yağını yavaş-yavaş əlavə edin. Qaynamağa başladıqdan sonra ədviyyat və duzunu əlavə edin. Çox ağır odda bişirərək pomidorların suyunu çəkməsini təmin edin. Yaxşıca konsistensiya alanda ocağın altını bağlayın və şəkər tozunu əlavə edin. Konsistensiya yaxşıca oturub, soyuyanda bankanın içinə alın.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 744
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri