Türk mətbəxinin ləziz yeməyi - Qarnıyarıq resepti

Müəllif: Love Angel
Şərhlər: 3
Baxılıb: 2 368
Səs ver:
(səs: 0)
Türkiyə mətbəxinin dadalı təamlarından olan "qarnıyarıq” hazırlamağın qaydasına baxaq.

Adından da göründüyü kimi badımcanların qarnını yarıb onları pomidor, bibər, göyərti və sarımsaqla qarışdırılmış ət içliyi ilə doldururuq.
Bu yemək bizim badımcan dolmasını xatırladır, amma içliyi və hazırlanma qaydası bir az fərqlidir.

Tərkibi:
• 2 badımcan
• 200 qram quzu ətindən quşbaşı
• 2 yemək qaşığı kərə yağı
• 2 yemək qaşığı zeytun yağı
• 1 ədəd qırmızı soğan
• 2 diş sarımsaq
• 1 ədəd şirin bibər
• 1 yemək qaşığı tomat
• 1 yemək qaşığı bibər pastası
• 12 stəkan su
• 12 doğranmış pamidor
• Təzə nanə
• Təzə cəfəri
• Üyüdülmüş qara istiot
• 14 çay qaşığı darçın
• Duz

Üstü üçün (zövqə görə):
Pomidor dilimləri
Balaca acı, yaxud şirin yaşıl bibər

Sousu üçün:
2 xörək qaşığı tomat pastasını yarım stəkandan bir az çox suda həll edin.

Hazırlanması:
Badımcanları yuyub qulplarını kəsin (əgər qulpları təmiz və qəşəngdirsə onları saxlaya da bilərsiniz). Badımcanları elə soyun ki, üstündə qalın qara zolaqlar qalsın. Sobanı 200 dərəcəyə qədər qızdırın. İri bir list götürüb içinə perqament kağızı döşəyin. Badımcanları perqament kağızın üzərinə düzüb, fırçayla hər tərəfinə zeytun yağı çəkin. Badımcanları sobanın orta gözündə tam yumşaq olana qədər, təxminən 30 dəqiqə bişirin. Diqqətli olun, çünki badımcanlar əzilib püreyə dönməməli, öz gözəl formalarını saxlamalıdır (içi doldurulandan sonra yenə bişəcək). Sobadan çıxarıb soyumaq üçün kənara qoyun.
Badımcanlar soyuyana qədər siz içliyi düzəldin. Orta ölçülü tavada orta temperaturda yağı qızdırın. Əti əlavə edib, arabir qarışdıra-qarışdıra, ayrılmış suyu buxarlanıb qurtarana, ət qızılı rəng alana qədər təxminən 10 dəqiqə bişirin. Soğanı əlavə edib, arabir qarışdıraraq, soğan yumşalana qədər, təxminən 5 dəqiqə bişirin. Yaşıl bibəri əlavə edib, iki-üç dəqiqə də bişirin. Pomidor və tomat pastasını əlavə edin. Bir neçə dəqiqə də bişirin. Sarımsaq, zövqə görə duz və istiot əlavə edib qarışdırın və dərhal odun üstündən götürün. Otaq temperaturuna qədər soyudub cəfəri əlavə edin və qarışdırın.

Badımcanların içini doldurun: İti bıçağın köməyilə hər badımcanı ortadan uzununa yarın. Yarıq ağ zolağın üstündə olmalıdır. Diqqətli olun ki, badımcanları tam kəsməyəsiniz, bu yalnız yarıq olmalıdır. Əgər istəsəniz, badımcanın toxumlarını çıxara bilərsiniz (əgər onların acılıq verəcəyindən narahatsınızsa), ya da olduğu kimi saxlayın. Hər badımcanı içliklə doldurun. İçi doldurulmuş badımcanları soba üçün olan iri şüşə qaba qoyun. Badımcanları bir-birinə çox sıx qoymayın. İstəsəniz, hər badımcanın üstünə bir dilim pomidor və balaca yaşıl bibər qoya bilərsiniz.

Badımcanları bişirin: Tomat pastalı sousunuzu badımcanları düzdüyünüz qaba tökün. Sobanın orta gözündə 190 dərəcə selsidə 20-25 dəqiqə, yaxud badımcanlar yumşalana və sous yüngülcə qatılaşana qədər bişirin. Əgər bişirmə müddətində sous çox tez buxarlanıb yoxa çıxsa, bir az da sous düzəldib qaba əlavə edin. Hazır yeməyin bir az sousu olmalıdır ki, yeməyi boşqaba çəkən zaman o sousdan qaşıqla götürüb boşqaba qoya biləsiniz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 368
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri