Tkemali sousu resepti

Müəllif: Love Angel
Şərhlər: 3
Baxılıb: 2 282
Səs ver:
(səs: 0)
Tərkibi:
2 kq alça
Su
Sarımsaq
Göyərti (keşniş, şüyüd, cəfəri)
Qurudulmuş ədviyyatlar (keşniş, qırmızı toz bibər, nanə və s)
Qurudulmuş şüyüd qotazı
Şəkər tozu
Duz

Hazırlanması:
Əvvəlcə alçalar təmiz yuyulur. Alçanı dərin qaba yığıb üzərinə su əlavə edib, odun üzərinə yumuşalana qədər qoyulur.b Qapağı bağlı şəkildə 15-20 dəqiqə ərzində saxlanılır. Alçanın suyu çəkilənə yaxın odun üzərindən götürüb, aşsüzənə əlavə edilir. Aşsüzəndən keçirilir, tumu qabıqlarından ayrılır. Üyüdülmüş püreyə şüyüd və nanə ovularaq əlavə edilir. Duz və şəkər tozu da əlavə edilir. Aşağı istilik dərəcəsində bişməyə qoyulur və ədviyyatlar qatılır. Göyərti və sarımsaq doğranılaraq blendirdən keçirilir və alça püresinə əlavə edilərək qarışdırılır. Tam hazır olana qədər bişirilib, sterilizə edilmiş bankalara yığılır.

Nuş olsun!

Qeyd: Bu sous Gürcü mətbəxindəndir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 282
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri