Hindistan çorəyi Naan resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 2 265
Səs ver:
(səs: 0)
Tərkibi:
1 yemək qaşığıq uru maya
1 şirin qaşığı toz şəkər
3/4 stəkan ilıq su
3 stəkan un
3 ilə yemək qaşığı qatıq
4 yemək qaşığı zeytun yağı
2 yemək qaşığı əridilmiş kərə yağı
1 şirin qaşığı duz

Üzeri üçün:
5 yemək qaşığı əridilmiş kərə yağı

Hazırlanması:
Maya, ilıq su və şəkəri bir qabın içində qarışdırın və 10 dəqiqə üstü örtülü bir şəkildə istirahət etdirin.

Geniş bir qaba unu alın ortasını açın. Qatıq və yağları əlavə edin.

Sonra dincələn maya və duzu əlavə edib səliqə yoğurun.

Üstünü örtüb otaq temperaturunda 1 saat istirahət etdirin.

Sonra səkkiz bərabər hissəyə ayırın. Mərdanə köməyiylə yüngülcə unla orta qalınlıqda olacaq şəkildə açın.

İsinmiş tavada hər iki tərəfi göz göz olana qədər bişirin. İsti isti üzərinə ərinmiş kərə yağı sürtün və nuşcanlıqla yeyin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 265
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri