Fərha-maxşi (Liviya mətbəxi) resepti

Müəllif: Diablo
Şərhlər: 1
Baxılıb: 2 416
Səs ver:
(səs: 1)
Tərkibi:
ədviyyat (zirə, istiot, darçın, zərdəçal (kurkuma),
hil,
mixək,
zəncəfil,
qızılgül ləçəyi,
muskat cevizi,
xardal toxumu)
düyü toyuq budları
kedr qozu
bal
qırmızı şərab

Hazırlanması:
Ədviyyatın hərəsindən bir az götürülüb qarışdırılır. Su qaynadılır, ədviyyat və düyü qaynadılmış suya tökülüb bişirilir. Bişdikdən sonra süzülür. Zeytun yağında kedr qozu qovrulur. Qoz, xırda doğranmış göyərti, ədviyyat düyüyə əlavə edilir.

Toyuq budunun sümükləri çıxardılır. Balla zeytun yağı qarışdırılır. Toyuq budunun dəri olan hissəsi bu qarışığa batırılır, sonra üzərinə istiot səpilir. Düyü ətin üzərinə bərabər yayılır. Rulet kimi bükülür. Folqa ruletin üzərinə çəkilir.

200 dərəcədə 45 dəqiqə bişirilir. Bişdikdən sonra soyudulur; zeytun və kərə yağında qızılı rəng alana qədər qızardılır.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 416
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri